Dövlət büdcəsində 4 milyard dollar qalıq yarandı - RƏSMİ

21-01-2022, 12:43           
Dövlət büdcəsində 4 milyard dollar qalıq yarandı - RƏSMİ
2021-ci il icmal büdcəsinin gəlirləri 33902,9 mln. manat təşkil edib.

Bizim.Media xəbər verir ki, bu barədə Maliyyə nazirliyi məlumat yayıb.

Qeyd edək ki, 2021-ci il üçün olan göstərici proqnoza nisbətən 10074,8 mln. manat və ya 42,3 faiz, 2020-ci illə müqayisədə isə 9437,7 mln. manat və ya 38,6 faiz çoxdur.

İcmal büdcənin xərcləri 29980,6 mln. manat təşkil edib ki, bu da 2020-ci illə müqayisədə 820,5 mln. manat və ya 2,8 faiz çoxdur.

İcmal büdcə 7335,3 mln. manat kəsirlə proqnozlaşdırılsa da, faktiki olaraq 3922,3 mln. manat büdcə artıqlığı ilə (profisit) yekunlaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru