Ordumuz nə qədər ərazini düşməndən təmizləyib? - ŞOK FAKTLAR
9-04-2016, 19:22
Aprelin 1-i gecə saatlarından başlayan hərbi əməliyyatlar başa çatana qədər Azərbaycan Ordusu Ermənistanın işğalı altında olan torpaqlarımızın bir qismini düşməndən təmizləyib. JAM.AZ xəbər verir ki, Azərbaycanın Müdafiə Nazirliyi bir neçə kəndin düşməndən geri alındığını, habelə mühüm strateji hündürlükləri ələ keçirdiklərini bəyan edib.
Ermənistan tərəfi isə etiraf edib ki, Azərbaycan Ordusunun 4 günlük hərbi əməliyyatları nəticəsində düşmən tərəfi 8 yüksəkliyi və 5 kəndi itirib. Amma gələn xəbərlərdə bu rəqəmlərin bir qədər də fərqli olduğunu deyirlər.
Belə ki, Azərbaycan Ordusunun 4 günlük hərbi əməliyyatları nəticəsində düşmən tapdağından azad edilmiş ərazilərin ümumi miqyası 300 kvadrat kilometrdir. Bu həddindən artıq böyük bir rəqəm, təqribən bir rayonun ərazisi deməkdir.
Maraqlıdır ki, 300 kv.km ərazinin düşməndən təmizlənməsi məlumatını Ermənistan tərəfindən də təsdiqlənir. Bu ölkənin Müdafiə Nazirliyi dolayısı ilə bildirib ki, Azərbaycan Ordusu cəbhə xətti boyunca 30 km-lik uzunluğunda yeni ərazilərə nəzarət edir. Ordumuzun işğal altındakı Qarabağ torpaqlarına daxil olma məsafəsi isə 10-12 km olduğu deyilir.