London Rusiyaya ikinci cəbhə anonsunu Bakıdan verdi

31-03-2022, 08:31           
London Rusiyaya ikinci cəbhə anonsunu Bakıdan verdi
Böyük Britaniyanın Silahlı Qüvvələr naziri Ceyms Heppinin Azərbaycana gözlənilməz səfəri və Şəhidlər Xiyabanını ziyarəti təsadüfi deyil. Ölkənin Azərbaycandakı səfiri Ceysm Şarp özünün Twitter paylaşımında ingilis nazirin Şəhidlər Xiyabanına getməsini bu cür şərh edib: "Ceyms Heppi bu gün Şəhidlər Xiyabanını ziyarət edib və Kremlin göstərişləri nəticəsində həlak olanların xatirəsini ehtiramla yad etdi. O şəhidlər Azərbaycanın müstəqilliyi uğrunda canlarını fəda ediblər".
Paylaşımda 20 Yanvar şəhidlərinin “Kremlin göstərişi ilə” qətlə yetirilməsinin xüsusilə vurğulanması Rusiyaya qarşı ikinci cəbhənin açılacağına eyhamdır. Təbii ki, bu cəbhə Qarabağda açıla bilər və bunun üçün kifayət qədər zəmin də var. İngilis nazirin və səfirin jestləri Londonun bu savaşda Azərbaycanı dəstəklədiyinə işarədir. Zənnimcə, Moskva bu ismarışlardan nəticə çıxarmayacaq qədər abdal deyil və özünü anlamazlığa vura bilməz. Əks halda Moskvaya rus işğalçılarının meyiti təkcə Ukraynadan yox, Azərbaycandan da yollana bilər.
Qısası, yaxın günlərdə gözünüz-qulağınız Qarabağda olsun, yaxşı xəbərlər eşidə bilərik.
Xatırladım ki, Böyük Britaniyanın ötən ilin sonunda hazırladığı hərbi doktrinasında Rusiya 1 nömrəli düşmən kimi göstərilmişdi.
Onu da unutmayaq ki, London 2020-ci ildə BMT-nin TŞ-da Azərbaycana açıq dəstək vermiş və ölkəmizə qarşı gözlənilən sanksiyalara qarşı veto hüququndan istifadə edəcəyini bildirmişdi.
Heydər Oğuz
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.