"PUTİN ÖLDÜRÜLƏ BİLƏR" - Britaniya kəşfiyyatının keçmiş rəhbərindən şok açıqlama
1-04-2022, 16:26
Böyük Britaniyanın MI6 kəşfiyyat xidmətinin keçmiş rəhbəri Kristofer Stil bildirib ki, Rusiya prezidenti Vladimir Putinin yenidən beynəlxalq arenaya necə qayıdacağını təsəvvür edə bilmir və Kreml rəhbərinin öldürülə biləcəyinə inanır.
Bu barədə “Sky News” yazıb.
“Hazırda müzakirə olunan hər hansı bir sülh sazişində Putinə necə etibar edə biləcəyimizi və gələcəkdə onunla necə normal iş apara biləcəyimizi görmürəm” Kristofer Stil deyib.
Rusiyanın Ukraynaya qarşı müharibəsinin necə bitəcəyi ilə bağlı suala cavab verən Stil deyib ki, “hər şey bir növ razılaşma ilə bitəcək”.
“Hesab edirəm ki, hər şey hansısa razılaşma ilə başa çatacaq, lakin mən hesab edirəm ki, bu razılaşma hələ çox uzaqdadır və çox güman ki, ona Vladimir Putin daxil olmayacaq”, - o deyib.
Kristofer Stil Vladimir Putinin öldürülə biləcəyi ehtimalını da irəli sürüb.
“Düşünürəm ki, o, rəhbərlikdən uzaqlaşdırıla bilər və ya hətta öz adamları tərəfindən öldürülə bilər”./modern.az