İqtisadşıdan hökumətə sual: Taxıl dahada bahalaşacaq, "Hökumətin bu bahalaşmanın qarşısını ala biləcək kompensasiya və dotasiya mexanizmləri varmı?"

21-05-2022, 15:26           
İqtisadşıdan hökumətə sual: Taxıl dahada bahalaşacaq,
Dünyada ərzaq buğdası, taxılla bağlı ciddi problemlər yaşanır, qiymət artımı ilə yanaşı fiziki çatışmamazlıq da var.
Azərbaycanda 1 ildə istehlak olunan taxılın 80%-ə yaxını xaricdən alınır, hər il bizə 1,2 mln. tona yaxın ərzaqlıq buğda idxal etmək lazımdır ki, daxili təlabatı ödəyək.
2021-ci ilin ilk 4 ayında ölkəyə idxal olunan taxılın həcmi 365 min 348 ton, ortalama qiyməti 254,5 dollar olub.
2022-ci ilin eyni dövründə, yəni ilk 4 ayında isə ölkəyə 308 min 42 ton taxıl gətirilib, ortalama qiymət 341,7 dollar təşkil edib. Yəni, son bir ildə buğdanın 1 ton 87,2 dollar (148 manat) və ya 34% bahalaşıb.
Teref.az yazır ki, bunu iqtisadcı Natiq Cəfərli deyir. Daha sonra iqtisadçı deyir:
Rəsmi rəqəmlərdən də görünür ki, keçən ilin ilk 4 ayına nisbətən bu il eyni dövrdə ölkəyə gətirilən taxıl həcmi 57 min 306 ton azalıb, diqqətçəkən məqamdır, az-buz rəqəm deyil, amma sözümün canı başqadır: Məmləkətdə Dövlət Taxıl Fondu adlı qurum var, əvvəl FHN-nin tərkibində idi, keçən ilin oktyabrında həmin qurim və onun funksiyaları Dövlət Ehtiyatları Agentliyinin sərəncamına verilib.
Bu agentliyin saytı yoxdur, məlumat bazasını tapa bilmədim, heç mətbuta açıqlamaları da yoxdur. Məni bir vətəndaş kimi düşündürən suallar var: Bu gün, 21 may 2022-ci ilə bizim nə qədər taxıl ehtiyatımız var? Bu ehtiyatlar hansı müddətə qədər ölkəmizə bəs edər? Dünyada taxılın qiymətləri artıb, bizim idxal etdiyimiz taxılın qiymətində də hər tona 150 manata yaxın artım var – çörək və un məmulatları bahalaşacaq, başqa yol görmürəm, yaxşı, hökumətin bu bahalaşmanın qarşısını ala biləcək kompensasiya və dotasiya mexanizmləri varmı, bu haqda düşünürlərmi?
Hökumətdən, sayın Ərdoğan demiş, bir “baba-igid” çıxıb bu suallara cavab versə, yaxşı olar...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.