Dünya əhalisi süni ətlərə möhtac qalacaq

9-06-2022, 11:48           
Dünya əhalisi süni ətlərə möhtac qalacaq
Yaxın zamanda xırda və iribuynuzlu mal-qara arasında xəstəlik yayılacaq. Sağmal və ətlik heyvanlar tələf olacaq

Qida mütəxəssisi: "Qlobal güclərin də məqsədi idarə olunan insan cəmiyyəti formalaşdırmaq olduğundan təbii nə varsa aradan qaldırmağa çalışırlar"

“Yararsız "kərə yağları", mənşəyi bilinməyən sallaqxana ətləri əhalinin sağlamlığını ciddi təhdid edir. "İndiki yeməklərin heç tutumu yoxdur...", "əvvəlki kimi deyil...", "dadı yoxdur...", "yağların əksəriyyəti keyfiyyətsizdir...", “yediyimiz ət bilmirik nə ətidir...". Bu cümlələr qida mütəxəssisi Ağa Salamovun KİV-ə verdiyi müsahibənin başlanğıcında yer alıb. Və bu fikirlərin hamısı hər gün əhalinin dilindədir.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi dəfələrlə qeyri-qanuni ət kəsimi məntəqələrini aşkarlayır, anti-sanitar vəziyyətdə olan kəsim və satış məntəqələrini cərimələyir, fəaliyyətlərini dayandırır, qida təhlükəsizliyini təhdid edən halların qarşısını almağa çalışır. Təqdir olunmalıdır. Lakin dünyamızı qarşıda elə fəlakətlər gözləyir ki, onun qarşısını almaq üçün güclü müqavimətə sahib olmalıyıq. Bunun üçün güclü qidalara ehtiyac var. Sovet vaxtı Azərbaycan əhalisi dondurulmuş ətləri nadir hallarda alırdı. Dondurulmuş ət almaq xalq arasında qəbul olunmayan hal idi. O zaman da deyilirdi ki, ərzaq qıtlığının qarşısını almaq üçün ət ehtiyatları dondurulur, ehtiyac yarandıqda satışa çıxarılır. O zaman kimin ağlına gələrdi ki, elə bir zaman olacaq, dondurulmuş ətə şükür edəcəyik, çünki süni ət istehsal edilir artıq. Süni ətlər haqqında bir neçə ildir danışılır. Adətləri üzrə yenə çinlilər önə düşüb. Süni ət istehsalına başlayıblar. Bunu da dünyada baş verən ümumi qıtlıqla, iqtisadi böhranla əlaqələndirirlər. Amma səbəb təkcə bu deyil. Yayılan məlumatlara görə, yaxın zamanda xırda və iribuynuzlu mal-qara arasında xəstəlik yayılacaq. Sağmal və ətlik heyvanlar tələf olacaq. Dünya əhalisi isə süni ətlərə möhtac qalacaq. Deyilənlər nə dərəcədə doğrudur, hansı faktlara əsaslanır?
Teref.az yazır ki, “Şərq”ə açıqlamasında qida mütəxəssisi Ağa Salamov qeyd etdi ki, yayılan xəbərlər əsassız hesab edilməz:
- Məlumdur ki, dünya iqtisadiyyatını idarə edən güclər, zəngin insanlar var, onlardan biri də “Microsoft” şirkətinin rəhbəri Bill Geytsdir. B.Geyts dünya əhalisinə süni – 3D formatıyla istehsal olunacaq ətdən istifadəni tövsiyə edən adamdı. Əsas da bunu gətirir ki, iribuynuzlu heyvanlar ekologiyanı çirkləndirir, havaya metan qazı buraxır, bu heyvanlardan xilas olmaq lazımdır. İkincisi, süni ət təbii ətdən ucuzdur, asan istehsal olunur, dünya əhalisinin tələbatını ödəmək mümkündür. Bilirsiz ki, onun kimi adamlar nə deyirsə, nə proqnoz verirsə, o da baş verir. Koronavirusu necə proqnoz edibsə, elə də davam edir. Virus onun dediyi vaxtda başladı, onun dediyi vaxtda da başa çatdı. İndi də yaxın 30 ildə fərqli virusların və xəstəliklərin yayılma ehtimalından danışır. Dünya ona “inanmağa” məcbur edilir. Bir halda ki, B.Geyts süni ətləri reklam edir, onun üstünlüyündən danışır, deməli, yaxın zamanda deyilənlər başa gələcək. Azərbaycan xalqı – ümumiyyətlə, türk xalqları ət qidalarına meyillidir. Bu bizim genefondumuzla bağlıdır. Amma fikir verin, artıq bizim camaat da süni qidalara meyillənib. Çünki insan orqanizmi süni qidalar səbəbiylə getdikcə dəyişikliyə uğrayır. Vaxt vardı, broyler toyuqlarından istifadə edənlər barmaqla sayılırdı. İndi isə 2 nəfərdən biri broyler toyuqları alır, istifadə edir, yemək hazırlayır, qızardır. Broyler təsərrüfatlarının genişlənməsinə də toyuqlar arasında yayılan (və ya süni şəkildə yoluxdurulan) xəstəlik – “quş qripi” oldu. Bölgələrdə, kənd yerlərində əhalinin təsərrüfatlarda, həyətlərdə bəslədiyi toyuqlar məhv olmağa başladı. Broyler toyuqları isə məhv olmadı. Çünki broyler təsərrüfatlarında toyuqlar xüsusi vasitələrlə, kimyəvi maddələrlə yetişdirilir. Broyler təsərrüfatlarındakı toyuqlar zülal mənşəli yox, bitki mənşəli yemlərlə qidalandırılır. Zülal mənşəli qida toyuğun özünün eşələyib tapdığı qurd-quş, təbii otlardır. Broyler təsərrüfatlarında isə toyuqları süni qidalarla yemləyirlər. 30-40 günə toyuğun çəkisi 1,5 kiloqrama çatır. Süni ət də belədir. Süni ət də süni zülaldan hazırlanır. Tərkibində insan orqanizminə xeyir verəcək, insan sağlamlığı üçün lazım olan heç bir maddə yoxdur. Təbii ətdən fərqli olaraq süni əti proqramlaşdırmaq mümkündür. Qlobal güclərin də məqsədi idarə olunan insan cəmiyyəti formalaşdırmaq olduğundan təbii nə varsa aradan qaldırmağa çalışırlar. Süni ətlər proqramlaşdırılırsa, deməli, onunla qidalanan insanları da proqramlaşdırma mümkündür. Bu halda insanları, əlbəttə idarə etmək asan olacaq. Ona görə də insanları “vegetarianlaşdırmağa” cəhd edirlər. Həm də təbii deyil, yenə də süni bitkilərlə. Çinlilərin süni kələmi necə yetişdirdiyini yəqin görmüsünüz. Videolar var bu barədə. Çin məlum məsələdi, əhali artımından əziyyət çəkən dövlətdir. Amma bizim ölkəyə, bizim xalqa bunlar lazım deyil.
A.Salamov qeyd etdi ki, Azərbaycanın qlobal güclərin qarşısında dayana bilməsi üçün daxili istehsalın artırılması mütləqdir:
- Biz mütləq kənd təsərrüfatını, heyvandarlığı inkişaf etdirməli, daxili istehsalı artırmalı, idxaldan asılılığı azaltmalıyıq.

Yalnız bu yolla qlobal güclərə qarşı dayana bilərik. Təbii toxumlardan yetişdirilən, orqanik məhsulların yetişdirilməsinə üstünlük verilməlidir. Belə məlumatlar var ki, bəzi dünya gücləri təbii toxumları toplayıb İsveç adalarında saxlayırlar. Dünya əhalisinə isə süni qidalar, süni ərzaqları məsləhət görürlər. Süni ətlər də reklam edilir artıq.

Bu o deməkdir ki, təbii şəraitdə saxlanılan və bəslənən ətlik heyvanlar yaxın zamanda aradan qaldırıla bilər. Bu təhlükəli vəziyyətdən əziyyət çəkməyək deyə, indidən tədbir görülməlidir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.