"Özünə hörmət edən parlament belə büdcəni qəbul etməz" - ÇAĞIRIŞ

10-06-2022, 10:21           
"Özünə hörmət edən parlament belə büdcəni qəbul etməz" - ÇAĞIRIŞ
"2021-ci ilin büdcəsində əvvəlki illərdə olduğu kimi xərclərinin bir qismi bölüşdürülmədən nəzərdə tutulub, həmin vəsaitlərin icraçı qurumlar arasında bölgüsü il ərzində Maliyyə Nazirliyi tərəfindən həyata keçiriib".
Teref.az yeniavaz.com-a istinadla xəbər verir ki, bunu Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının rəhbəri, iqtisadçı ekspert Qubad İbadoğlu bildirib.
"Ötən ilin büdcəsində bölgüsü əvvəlcədən müəyyən edilməyən xərclər üzrə 3727,5 milyon manat vəsait nəzərdə tutulmasına baxmayaraq, Maliyyə Nazirliyi parlamentin qəbul etdiyi dövlət büdcəsinin əvvəlcədən təsdiq olunmuş fəsillərinin təqribən yarısında icra prosesində yerdəyişmələr aparılıb, 4 istiqaməti tamamilə çıxarıb, ümumilikdə xərclərin nəzərdə tutulduğu 177 fəsildən 84-ü üzrə dəyişikliklər edib. Yəni, bir sözlə, Maliyyə Nazirliyi büdcədə nə istəyib, onu da edib. Əgər parlamentin səs verdiyi büdcə sonradan Maliyyə Nazirliyi tərəfindən bu cür dəyişikliklərə məruz qalırsa, onda parlament ümumiyyətlə büdcə prosesindən imtina etməlidir. Özünə hörmət edən parlament belə büdcəni qəbul etməz!", - iqtisadçı qeyd edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.