Kreml bütün işğal edilmiş əraziləri Rusiyaya bir federal dairədə birləşdirmək istəyir...

11-06-2022, 09:41           
Kreml bütün işğal edilmiş əraziləri Rusiyaya bir federal dairədə birləşdirmək istəyir...
Kreml bütün işğal edilmiş əraziləri Rusiyaya bir federal dairədə birləşdirmək istəyir...

Putin Ukraynanın işğalını "qanuniləşdirmək" əzmindədir

"2014-ci ildən bəri Ukraynanın işğal edilən əraziləri saxta referendumlar yolu ilə Rusiyanın bir federal dairəsi olacaq"

Kreml 2014-cü ildən işğal etdiyi Ukrayna ərazilərini bir federal dairədə Rusiyaya birləşdirmək istəyir.
Buraya üzdəniraq "DXR", "LXR", həmçinin Xerson və Zaporojye vilayətlərinin işğal edilmiş əraziləri daxil edilə bilər.
Moderator.az xəbər verir ki, bu barədə Putin administrasiyasına yaxın olan üç mənbəyə istinadən "Meduza" nəşri məlumat verib.
"Dairə həmin ərazilərdə Rusiyaya birləşmək haqqında referendumlar keçiriləndən sonra yaradıla bilər.
Mövcud dairələrə Ukrayna əraziləri birləşdirilməyəcək", - mənbələrdən biri belə deyib.
Nəşr referendumların iki mümkün tarixini açıqlayıb.

Birinci referendum "cəbhədə vəziyyət imkan verərsə", iyulun ortalarında", ikinci referendum isə "daha realdır", sentyabrın 11-də keçiriləcək.

Rusiyada həmin gün qubernator seçkiləri keçiriləcək.

"Meduza" nəşri bütün bu prosesə kuratorluq edən məmurun adını da açıqlayıb, bu, Prezident Administrasiyasının Dövlət Şurası məsələlərinin təmini üzrə departamenti rəhbərinin müavini Boris Rapoportdur.

"Meduza"nın həmsöhbətlərinin sözlərinə görə, hazırda Rapoport "DXR" və "LXR"-də, habelə Xerson və Zaporojye vilayətlərinin "hərbi-mülki administrasiyalarında" referendumlara hazırlıqla məşğul olacaq məmurları seçir.

"Birləşmədən" öncə Kreml "DXR" və "LXR" oyuncaq respublikalarına başçılıq etmək üçün öz adamlarını təyin etməyə hazırlaşır.

Nəşrin sözlərinə görə, oyuncaq respublikaların hazırki rəhbərləri Denis Puşilin və Leonid Paseçnik tezliklə öz postlarından məhrum ola bilər. Onlar rusiyalı məmurlar əvəz edəcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.