Naxçıvanın savadsızlıq qanunu

11-06-2022, 09:33           
Naxçıvanın savadsızlıq qanunu
Naxçıvanda keçirilən attestasiya imtahanında 60 keçid baldan 11 bal toplayan Ramazan Abbasov adlı adam MR Respublika xəstəxanasının baş həkiminin I müavini işləyir.
Dövlət Qulluğu Komissiyasında 93 bal toplayaraq 2011-ci ildən Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyində işləyən Mircavid Tağızadə isə “kiçik torpaq”da tətbiq belə edilməyən pandemiya qadağası zamanı yeni nazirin əhalini maska taxmadığına görə cərimələyib pul toplamaq sahibkarlardan, ticarət müəssisələrindən qanunsuz vəsait toplamaq əmrinə qarşı çıxdığı üçün işdən çıxarılıb.
Sizcə, bu absurdu nə ilə əsaslandırmaq olar?
Özünüzü yormayın, icazə verin, mən deyim: Naxçıvan idarəçiliyində “savadsızlıq qanunu” keçərlidir. Ən savadsız adam ən yüksək vəzifəyə, ən savadlı adam isə evində istirahətə göndərilir. Biz bunu xalq artisti Həsən Ağasoyun işdən çıxarılması timsalında da, Azərbaycan Polis Akademiyası məzunlarının 50 ballıq polislərlə əvəz olunması faktında da görmüşük.
Yəqin Həsən bəy hələ də hesab edir ki, onu yazdığı hansısa statusuna görə işdən uzaqlaşdırıblar. Bəlkə də ağlına belə gətirmir ki, onun ən böyük “qəbahəti” yazdığı status yox, istedadlı və savadlı olması idi.
Heydər Oğuz












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.