Naxçıvan polislərindən ürəkağrıdıcı bəyanat: “Vilayət Eyvazovdan kömək gözləyirik”

12-06-2022, 14:47           
Naxçıvan polislərindən ürəkağrıdıcı bəyanat: “Vilayət Eyvazovdan kömək gözləyirik”
Bizim tək günahımız var; o da Azərbaycan Respublikasının Konstitusiyasına, Qanunlarına və dövlət başçısının fərman və sərəncamlarına sadiq olmaqdır”.

Naxçıvan MR-də fəaliyyət göstərən peşəkar polislər adından Ovqat.com vasitəsilə Azərbaycan Daxili İşlər Nazirliyinə ünvanlanan bəyanatda belə deyilir.

Bəyanatı olduğu kimi dərc edirik:

“Salam, Heydər bəy.

Biz Azərbaycan Respublikası Polis Akademiaysının məzunları sizin vasitənizlə cənab Vilayət Eyvazovdan kömək istəyirik. Aydın məsələdir ki, biz birbaşa cənab Vilayət Eyvazova çıxa bilmirik. Siz bütün naxçıvanlıların ümid çırağı olubsunuz. Xahiş edirəm, bizim də yolumuza bir işıq tutun.

Naxçıvan Daxili İşlər Nazirlyinin rəhbərliyi (nazir Rəşad İsmayılov, nazir müavini Zahid Gözəlov və Kadrlar Şöbəsinin savadsız, iradəsiz rəisi Rahin Əmirov) tərəfindən Polis Akademiyasının məzunları represiyaya məruz qalır. İşdən azad olmaq barədə müraciət etdikdə isə Rəşad İsmayılov qanunları, qərarları heçə sayaraq özünü məmur kimi yox, bir mafiya başçısı kimi apararaq bizə hədə-qorxu gəlib "ləkələyərək" işdən azad edəcəyini bildirir. Bəlkə hörmətli Vilayət Eyvazov səsimizi eşitdi bizə kömək oldu.

Azərbaycan DİN-dən xahiş edirik: Sizin övladlarınıza göz görə - görə zülm edilir. Bizim tək günahımız var: o da Azərbaycan Respublikasının Konstitusiyasına, Qanunlarına və dövlət başçısının Fərman və Sərəncamlarına sadiq olmaqdır.


P.S. Naxçıvan MR-də peşəkar polislərin bu haray səsinə laqeyd qala bilmədiyindən, mən də bir jurnalist kimi, Azərbaycan DİN-in rəhbərliyindən xahiş edirəm: lütfən, Naxçıvanda qalmış son Akademiya məzunlarının harayına səs verin, onların "ləkələnmədən" işdən çıxarılmasını təmin edin. Polislərin son ümid işığını sönməyə qoymayın!

P.S.S. Qeyd edək ki, Naxçıvan DİN-nin strukturlarında çalışan müxtəlif ali məktəblərin hüquq fakültəsindən məzun olan polislər də bənzər tələblərinin olduğunu vurğulayaraq, bu bəyanata qoşulublar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru