Sahibkarlar baş vergiyığanın əlindən prezidentdən imdad diləyir - "Sizdən kömək istəyir, Sizə sığınırıq"
5-05-2016, 12:21
Bir qrup idxalçı sahibkar yenə də vergi sistemində yaşadıqları problemlərlə bağlı prezident İlham Əliyevə şikayət ərizəsi ünvanlayıblar. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətin mətnində deyilir:
"Cənab prezident. Sizin sahibkarlara, xüsusən də idxal biznesi ilə məşğul olanlara göstərdiyiniz diqqət və qayğı göz önündədir. Amma maləsəf, bu gün biz idxalçılar qanunsuz olaraq təqiblərlə üz-üzə qalmışıq və dəfələrlə problemlərimizi işıqlandırmağımıza baxmayaraq Vergilər Nazirliyinin ədalətsiz qərarları hələ də aradan qaldırılmayıb. Əksinə, günü-gündən durumu daha da gərginləşdirirlər.
Bu gün onlarla sahibkar həbs təhlükəsi ilə üz-üzədir. Biz kənd təsərrüfatı məhsulları ixrac edən sahibkarlar sanki hansısa sirli qüvvənin girovluğundayıq. Gücsüzük, cənab prezident və Sizdən kömək istəyir, Sizə sığınırıq"...
Daha sonra dia.az-a daxil olan müraciətdə deyilir: "Bu gün bizə qarşı hazırda həbsdə olan Vidadi Məmmədovun uydurma ittihamları ilə cinayət işi açıblar. Və dəfələrlə bildirmişik ki, bu işlərə yenidən baxılmalıdır. Amma bizi eşidən yoxdur və yeganə ümidimiz Sizsiniz. Xahiş edirik, bizi uydurma vergi ittihamları ilə məhv etməyə çalışanları DURDURUN".
Qeyd edək ki, müraciəti aşağıdakı sahibkarlar imzalayıb:
1)Esedov Aqil Adil 1qrup qarabağ elili
2)Memmedov Şahlar Mehemmed oğlu1qrup Qarabağ elili
3)Hidayetov Zohrab Raqub oğlu
Veliyev Ramin Hüseyn oğlu ixracla bağlî 3il 6Ay hebs alîb
4)Aqalarov Emin Cemil oğlu vergi memurlarînî hesabladîğî edaletsiz vergi borclarîndan sonra ölkeden müalice üçün çîxmiş,geri qayîtmaq istedikde hebs olunan hemkarlarî haqda eşitdikde ölkeye dönmekden ehtiyatlandiğîndan gele bilmemiş. Interpol axtarîşîna verilmiş olkesine.dönmek.arzusundadî.
--ve diger 30 yaxîn kend teserrufat ixracatçîsî eyni aqibetlerde,hebsxana ve mehkemelerde eziyyet çekirler..
Dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...