Günahkar Londondur, yoxsa Tehran?

6-08-2022, 00:01           
Günahkar Londondur, yoxsa Tehran?
Londonda baş verən hadisə çoxvektorlu yanaşma və ondan doğan soyuqqanlı təhlil tələb edir. Təəssüflə qeyd etməliyəm ki, hadisə baş verəndən dərhal sonra bizim bəzi politoloqlar və jurnalistlər ənənəvi davranışlarına sadiq qalaraq tələm-tələsik “yanaşma” və “ təhlilləri” ilə cəmiyyəti yanlış istiqamətə yönəldirlər.
Din faktoru görən kimi, heç bir dərin araşdırma aparmadan “bu, İranın işidir” yanaşmasını ortaya qoydular. Əslində isə bu məsələdə İranın barmağı çox az görünür. Nİyə biz əsl məsuliyyət daşımalı olan Böyük Britaniyanı yox, dərhal yaxın qonşumuz olan İranı ittiham etməyə başladıq?
Böyük dövlətçikik ənənələri olan Böyük Britaniya öz ölkəsində akreditasiya olunan səfirliyə yönəlik terror aktının törədilməsinin məsuliyyətini hamıdan gözəl dərk edir.
Gözəl bilir ki, ərazisindəki bütün səfirlik binalarının qorunması ilə bağlı məsuliyyət məhz onun üzərinə düşür. Belə hadisələrin hansı diplomatik qalmaqala səbəb ola biləcəyinə də bilməmiş deyil. İş burasındadır ki, səfirliyimizə edilən terror aktını törədilməsinə görə məsuliyyəti öz üzərinə götürən təşkilat Qərb-İran münasibətlərinin bundan da gərgin olduğu dönəmində anoloji hadisəni Londondakı İran səfirliyinə qarşı törədib.
Hər şeydən əvvəl, hadisənin baş verdiyi zamana diqqət edək. Bu, Azərbaycanda böyük ehtiramla qeyd edilən Məhərrəm ayına təsadüf edir. Həm də Qarabağda Azərbaycan Ordusunun qərbpərəst Ermənistanın mövqelərinə sarsıdıcı zərbələr endirdiyindən dərhal sonra baş verdi.
Deməli, biz bu məsələyə görə ilk hesabı Britaniyadan tələb etməliyik. Niyə səfirliyimizin binasını hətta adi bir mağaza səviyyəsində belə mühafizə etməyiblər? Bənzər hadisə Bakıdakı Böyük Britaniya səfirliyinə qarşı baş versəydi , nə olardı?
Qərb dairələri İslam amili ilə hər zaman öz maraqları naminə gözəl manipulyasiyalar ediblər. İŞİD, Taliban kimi təşkilatlara verilən dəstəyi və sonra onlarda necə yararlandıqlarını buna misal göstərə bilərik.
Ən nəhayət 1979-cu ildə İranda baş verən İslam inqlabının reseptinə diqqət edək. Həmin il İrandakı bəzi dindarlarlar ölkədə məhz Məhərrəmliklə bağlı yürüşlərin keçirilməsinə qoyulan bəzi qadağalara etiraz edir.
Sonra Qərbin və ABŞ-ın dəstəyi ilə etirazlar silahlı qarşıdurma həddinə çatdırıldı. Nəticədə Qərbin dəstəyi ilə Fransada bəslənən Xomeyni İranda hakimiyyətə gətirildi. Yəni faktiki olaraq, həmin vaxt Qərb bəyənmədiyi İslam amilinin köməyi ilə SSRİ-nin İrandakı dominat mövqeyinə son qoymaq məqsədilə həmin ölkədə İslam inqlabı edildi.
Həmin vaxtın ən yadda qalan hadisələrindən biri də, bir qrup radikal dindarın Tehrandakı ABŞ səfirliyini ələ keçirməsi oldu.
Bu gün baş verənlərlə həmin hadisələr arasında bir sinxronluq nəzərə çarpır. Sadəcə, ölkəmizdə geniş təşəkkül tapan Qərbçilərin dəstəyi ilə ictimai rəy tam yanlış istiqamətə yönləndirilir.
Məqsəd birdir, belə həssas məqamda Azərbaycanda dini qarşıdurma yaradıb, bundan ölkəmizə qarşı təzyiq aləti kimi istifadə etməkdir. Londonda bu hadisəni törədənlərə qarşı hansı yüngül cəzanın veriləcəyəni izləməklə biz daha aydın təsəvvürə malik olacayıq.
Məhəmmədəli Qəribli
Teref.az



Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.