Ermənilərin yeni qorxusu: “Belə getsə, İrəvanı da itirəcəyik”

9-08-2022, 11:58           
Ermənilərin yeni qorxusu:
“Ermənistanın çıxış yolu hakimiyyət dəyişikliyidir, yoxsa azərbaycanlılar İrəvana da girəcəklər”.

TEREF APA TV-yə istinadən xəbər verir ki, bu fikri öz facebook hesabında Ermənistan parlamentinin deputatı Tiqran Abramyan yazıb.

Sitat: “Ermənistan hakimiyyəti Azərbaycanın irəli sürdüyü bütün siyasi tələbləri yerinə yetirir. Azərbaycan ordusu Qarabağda yenidən güclənərək Ermənistana təzyiqləri artırır. Bu da həm siyasi, həm də hərbi əməliyyatların tərkib hissəsidir. Ölkədə hakimiyyət dəyişikliyi olmalıdır, əks halda Azərbaycan İrəvana köçmək üçün qanuni əsaslar hazırlayır, imkan olan kimi irəli gedəcəklər. Ermənistan hakimiyyətinin indi hərəkətə keçmək, addım atmaq imkanı yoxdu”.

Tiqran Abramyan qeyd edib ki, indiki hərbi-siyasi vəziyyətdə Paşinyan hökumətini hansısa möcüzə belə xilas edə bilməz.

Qeyd edək ki, Azərbaycan Ordusunun Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərdə keçirdiyi “Qisas” əməliyyatından sonra Göyçə və Zəngəzurun Azərbaycana qaytarılması, qərbi azərbaycanlıların öz yurdlarına dönməsi məsələləri Ermənistan ictimaiyyətinin gündəmini zəbt edib. Azərbaycanlıların öz dədə-baba yurdlarına qayıtmaq istəyi Ermənistanda təşvişə səbəb olub. Görünür, erməni siyasilər azərbaycanlıların gec-tez öz torpaqlarına dönəcəklərini başa düşüblər. Elə buna görə də bəzi deputatlar və ictimai fəallar Paşinyan hakimiyyətini təcili addımlar atmağa çağırırlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru