Türkiyəni hədələyən Ramzan Kadırovdan ilginc iddia - “Mövlud Çavuşoğlu ilə razılaşdıq ki...”

10-08-2022, 16:39           
Türkiyəni hədələyən Ramzan Kadırovdan ilginc iddia -
Cümşüd Nuriyev: ””Fənərbaxça”-”Dinamo” (Kiyev) oyununda “Putin” şüarlarına görə cəriməni Putin ödəyib”
Çeçenistan rəhbəri Ramzan Kadırov özünün Telegram kanalında yazıb ki, o, Soçidə avqustun 5-də Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Tayyib Ərdoğan arasında keçirilən danışıqlarda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb, danışıb.

“Vladimir Vladimiroviç Putin və Rəcəb Tayyib Ərdoğan arasında təkbətək danışıqlar zamanı mən şəxsən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Türkiyə Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidanla görüşdüm”, - deyə o qeyd edib.

Kadırovun sözlərinə görə, onlar “qeyri-rəsmi zəngin və məhsuldar söhbət” aparıblar və bu söhbətdə Türkiyə ilə Çeçenistan Respublikası arasında müxtəlif məsələlərdə sıx əməkdaşlığın qurulmasının zəruriliyi barədə ortaq fikrə gəliblər. O əlavə edib ki, Çavuşoğlu bu görüşün gələcək təmaslara start verəcəyinə ümid etdiyini bildirib.

“Mən Türkiyənin xarici işlər naziri ilə razılaşdım və həmçinin qeyd etdim ki, hər iki tərəf birgə işlərdən faydalanacaq”, - Kadırov yazıb. Çeçenistan rəhbəri bildirib ki, görüşün sonunda onu Türkiyəyə səfərə dəvət ediblər və bu səfər zamanı siyasətçilər geniş spektrli əməkdaşlıq məsələlərini, o cümlədən iqtisadi məsələləri müzakirə edə bilərlər. “Əlbəttə, mən dəvəti qəbul etdim”, - deyə Kadırov yekunlaşdırıb.

Yazılanlar nə dərəcədə gerçəyi əks etdirir? Görəsən, özünü “Putinin piyadası” sayan Kadırov Türkiyədən nə umur, qardaş ölkəyə işimi düşüb?

Yada salaq ki, ötən ilin dekabrında Türkiyənin Körfəz şəhərində İçkeriya Çeçen Respublikasının ilk prezidenti Cövhər Dudayevin adına parkın açılması və ona heykəl qoyulması Kadırovu özündən çıxarmışdı. “Türkiyə hakimiyyətinin Rusiyada cinayətlər törətmiş şəxslərin adlarının əbədiləşdirilməsinə yönələn hərəkətləri Moskva və Ankara arasında münasibətlərə neqativ təsir edə bilər”, - deyə Kadırov özünün Teleqram kanalında bəyan eləmiş, bildirmişdi ki, “belə hərəkətlər son dərəcə riyakar təsir bağışlayır və Türkiyənin Rusiyaya münasibətdə dost dövlət obrazına uyğun deyil”.

Çeçenistan rəhbəri həmçinin Türkiyə hakimiyyətini analoji cavabla hədələmişdi. Sitat: “Məsələn, belə olan halda Qroznıda Kürd Fəhlə Partiyasının banisi, Türkiyə həbsxanalarının birində ömürlük həbs cəzasını çəkən Abdulla Öcalanın adını əbədiləşdirmək tamamilə məntiqli və bizim tərəfimizdən siyasi cəhətdən adekvat olardı”.

O da məlumdur ki, Türkiyədə Kadırov idarəçiliyinə qənim kəsilən bir sıra çeçen mücahidlər yaşayır. Onları daima kadırovçular təqib edir. O halda Çavuşoğlu ilə həmin şəxslərlə bağlı hansısa müzakirə aparıla bilərdimi? Yoxsa Qərbdə, Ukraynada çox neqativ imici ilə tanınan Kadırov, sadəcə, adi ayaqüstü görüşü şişirtməklə həm də Türkiyənin Ukrayna məsələsində Rusiyanın yanında olduğu təsəvvürünü yaratmağa çalışır, ona “ayı xidməti” göstərir?

Cümşüd Nuriyev: “Rüşvət və korrupsiya hər bir dövlətin inkişafı qarşısındakı ən böyük problemdir” » Azxeber.com Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Politoloq Cümşüd Nuriyev “Yeni Müsavat”a deyib ki, araşdırmalar göstərib ki, çeçenlər türk genlərinin daşıyıcısı deyillər: “Çeçenlərin qarışıq nikahlardan 12 faizə qədərinin türklərlə bağlılığı var. Şimali Qafqazda qaraçayların, balkarların, bir az da inquşların türklərlə yaxınlığı var. Kadırovun türk sevdasının səbəbi özünə və ağalarına bəllidir.

Bir neçə gün öncə Rəcəb Tayyib Ərdoğan çıxış edərkən çeçenlərlə bağlı müsbət fikirlər səsləndirdi. Dedi ki, çeçenləri Rusiyadan köçürəndə biz onları qəbul etdik. Türkiyədə xeyli çeçen var. İordaniyada isə çeçenlərin böyük diaspora təşkilatı mövcuddur. İordaniya kralının bütün mühafizəsi çeçenlərə tapşırılıb. Kral ailəsini də çeçenlər qoruyur. Bu baxımdan Kadırovda ərəb sevgisindən çox türk sevdası Putinlə Ərdoğanın görüşündən sonra yaranıb".

Politoloq deyib ki, Ramzan Kadırov Rusiya-Türkiyə münasibətləri fonunda cəmiyyətin nəbzini tutmağa çalışır: “Bu gün Rusiyanın barometrində Türkiyənin yeri çox böyükdür. Bunu Putin də etiraf edib. Hətta ”Fənərbaxça"-"Dinamo" (Kiyev) oyununda “Putin” şüarları qışqırıblar. Buna görə “Fənərbaxça” cərimə olundu. Bu cərimənin ödənməsini də Putin üzərinə götürdü. Ramzan Kadırov zamanın tələblərinə uyaraq Rusiya-Türkiyə yaxınlaşmasında özünə yer eləmək niyyəti güdür".

Politoloq deyib ki, Ramzan Kadırov Moskvadan asılı vəziyyətdədir və müstəqil qərarlar vermək imkanları xaricindədir. Onun Türkiyəyə “xox” gəlməsi də, ardından Türkiyəyə dəvət almasını açıqlaması da özünün iradəsindən kənardır.

E.MƏMMƏDƏLİYEV,












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.