Pat vəziyyəti: nədən Ukrayna Xersonun azad edilməsini lənğidir?

14-08-2022, 00:14           
Pat vəziyyəti:
"Ukraynaya əkshücum üçün silah çatışmır..."

"Ukrayna ağıllı strategiya tətbiq edərsə, uğur qazana bilər..."

"Rusiyalı hərbçilərinin də ukraynalıları Xersondan geriyə atmağa qüvvələri yetərli deyil..."

Ukraynanın cənub-şərq xəttində Ukrayna Silahlı Qüvvələrinin əkshücum əlamətləri azdır.

Son bir neçə həftə ərzində Qərb kəşfiyyatı və hərbi analitiklər Ukraynanın strateji cəhətdən mühüm liman şəhəri olan Xersonu və ətraf əraziləri geri almasının qaçılmaz olduğunu proqnozlaşdırıb.

Lakin bu rayonda Rusiya mövqelərindən bir mildən az məsafədə olan səngərlərdə Ukrayna əsgərləri artilleriya atəşlərindən gizlənir və irəliyə getməyə imkanı yoxdur.

Moderator.az xəbər verir ki, bu barədə "Washington Post" qəzeti yazıb.

Məcburi sakitliyin səbəbi barədə Ukrayna hökumətinin müdafiə və kəşfiyyat üzrə müşaviri danışıb.

Anonimliyi saxlanılmaqla məmur məlumat verib ki, Ukraynaya əkshücum üçün, sadəcə, silah çatışmır.

Lakin bu zaman qəzetin həmsöhbəti qeyd edib ki, Ukrayna ordusu "ağıllı strategiya" tətbiq edərsə, hələ də uğur qazana bilər.

Bu zaman nəşrin digər həmsöhbətləri deyib ki, Rusiya Xersona qoşunlar və silahlar toplayır (son həftədə regiona təxminən 3 min hərbçi gəlib), onun da ukraynalıları bu şəhərdən geriyə atmağa qüvvələri yetərli deyil.

Yerli sakinlər qəzetin əməkdaşları ilə söhbətində iddia edib ki, rusiyalı hərbçilər öz bazalarını o cümlədən yaşayış evlərində yerləşdirir.

Bundan öncə "ağıllı strategiya" barəsində Ukrayna prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak danışıb.

O, deyib ki, ukraynalı hərbçilər artıq Xerson vilayətində əkshücuma keçib. Lakin onlar səliqəli, düşünülmüş və kreativ hərəkət edir, düşmənin döyüş hazırlığına təsir edən kritik mühüm obyektlərini məhv edir.

Böyük Britaniya kəşfiyyatının bugünkü məlumatında bu, ayrıca qeyd edilib.

"Rusiyanın işğal etdiyi Xerson vilayəti Dnepr çayının qərb sahilindəki ərazilərə çıxışı təmin edən iki əsas avtomobil yolu körpüsü hazırda hərbi təchizat üçün istifadə edilə bilməz", - britaniyalı hərbçilər məlumat verib.

Onların məlumatına görə, son günlər Rusiya zədələnmiş Antonov körpüsünü yalnız səthi təmir edib, lakin struktur zədələnmələr qalmaqdadır.

Dneprin qərb sahilində bir neçə min rusiyalı hərbi qulluqçularının yerüstü təchizatı, əsasən, ponton paromlarda iki bənddən asılıdır.

Tədarük zəncirlərinin pozulması səbəbindən qərb sahilində Rusiya ordusunun döyüş qabiliyyəti əvvəllər həyata keçirilən təchizat həcmlərindən asılı olacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.