“Kəmaləddin Heydərovun da videolarını yaya bilərlər” - AÇIQLAMA

17-08-2022, 12:17           
“Kəmaləddin Heydərovun da videolarını yaya bilərlər” - AÇIQLAMA
“Kəmaləddin Heydərovun da videolarını yaya bilərlər”
“Həmin videoların yayılmasında tamam başqa məqsəd var. Güman edirəm ki, bu videolarla kimlərəsə mesaj verirlər”.
TEREF xəbər verir ki, bu sözləri Bakupost.az-a Misra İctimai Birliyinin Sədri, tanınmış jurnalist Fuad Abbasov deyib.
Onun sözlərinə görə, burada əsas hədəf Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovdur:
“Lazım olarsa Kəmaləddin Heydərova aid görüntüləri də tapıb ortalığa çıxarda bilərlər. Böyük bir ehtimalla onun əməkdaşının öz əli ilə çəkdiyi videogörüntüləri yaymaqla kiməsə nəsə eşitdirmək istəyirlər. Bu mesajı almış olan adamlar özlərini və işlərini düzəltməlidirlər”.
Jurnalist hesab edir ki, bu videolara görə Kamaləddin Heydərov vəzifəsindən kənarlaşdırılmayacaq: “Hansısa bir əməkdaşın video görüntülərinin yayımlanmasına görə Kəmaləddin Heydərovun işdən azad edilə biləcəyinə inanmıram. Onu da deyə bilərəm ki, lazımlı adamların əlində çox ciddi materiallar var. Bu, sadəcə xəbərdarlıqdır”.
Birlik sədri qeyd edib ki, FHN-də baş verənlər aysberqin görünən tərəfləridir:
“FHN-dən yayılmış görüntülər hələ aysberqin görünən tərəfidir. Bu gün dövlət qurumları, dövlət məmurlarının vəzifə başında etik davranış qaydaları, eyni zamanda digər məsələlərlə bağlı çox ciddi işlər görülməlidir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru