"Sülhməramlılar yeni Laçın yolu ətrafındakı 5 km-lik dəhlizi tutmalıdır...”-Rusiya diplomatı

18-08-2022, 09:48           
"Sülhməramlılar yeni Laçın yolu ətrafındakı 5 km-lik dəhlizi tutmalıdır...”-Rusiya diplomatı
"Bu mövzuda son söz, təbii ki, həm hazırkı, həm yeni Laçın yolu ətrafındakı ərazinin əsil sahibi olan Azərbaycan dövlətinin olmalıdır..."

Rusiyanın İrəvandakı səfirliyinin səfir-müşaviri Maksim Seleznyov bildirib ki, Rusiya sülhməramlıları yeni alternativ yol istifadəyə verilənə qədər mövcud Laçın dəhlizindən bir santimetr belə uzaqlaşmayacaqlar.

Moderator.az xəbər verir ki, Rusiya təmsilçisi bu haqda "Azadlıq" radiosunun erməni redaksiyası -"Azatutyan"a müsahibəsində danışıb.

Yüksək rütbəli diplomat bəhs edilən məsələ ilə bağlı razılaşmaların mövcudluğunu və tərəflərin birbaşa təmasda olduğunu bildirib. Lakin M.Seleznyov razılaşmaların kimlər arasında və konkret nə haqda olduğunu açıqlamayıb.

“Rusiya sülhməramlıları yalnız yeni Laçın dəhlizi açılandan sonra yerini dəyişəcək. 10 noyabr üçtərəfli bəyanatında atılacaq addımlar və həmin addımların ardıcıllığı göstərilir: əvvəlcə dəhliz tikilir və o fəaliyyətə başlayan kimi Rusiya sülhməramlıları bu yolun ətrafında beş kilometrlik dəhlizi tuturlar”, - deyə Seleznyov vurğulayıb.

Zəruri şərh:

Xatırladaq ki, Azərbaycan dövlət başçısı İlham Əliyev son çıxışlarında Ermənistanın bizə Zəngəzur dəhlizini açmağa imkan vermədiyi üçün artıq Laçın yolunun da dəhliz statusunu itirdiyini və bundan sonra "Laçın dəhlizi" yox, "Laçın yolu" ifadəsinin işlənməsinin vacibliyinə işarə edib.

Xankəndindəki separatçı rejim mənsubları, eləcə də Ermənistanın bəzi siyasiləriisə alternativ yolun istifadəsindən sonra Laçın rayonunun həmin yol ətrafındakı 6 kəndinin və xüsusən hazırkı "dəhliz"ə də daxil olan Ağanus kəndinin yeni "Laçın dəhlizi"nə daxil ediləcəyi fikrini formalaşdırmağa çalışırlar...

Bu mövzuda son söz, təbii ki, həm hazırkı, həm yeni Laçın yolu ətrafındakı ərazinin əsil sahibi olan Azərbaycan dövlətinin olmalıdır...

Sultan Laçın












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru