Azərbaycanın adı bulaşan ikinci Zərrab olayı – yoxa çıxan 16 milyardın izi ilə
15-05-2016, 11:24
Seyid Saleh Hosseini kimdir və İnterpolun tutub təhvil verdiyi bu adamı Türkiyə Ana Yasa Məhkəməsi niyə sərbəst buraxdı?
Türkiyədən Tvitter istifadəçisi Emre Erciş mayın 13-də çox ilginc tvitlər atıb. Tvitlər Rza Zərrab olayı kimi bir hadisəni təsvir edir. Emre Ercişin sıra ilə nömrələyərək yazdığı qeydlər birbaşa Azərbaycanla bağlıdır və böyük maliyyə fırıldaqları haqqındadır. Qeydləri olduğu kimi təqdim edirik.
1. 2015- ci ilin may ayında İnterpolun qırmızı axtarış siyahısı üzrə axtarılan Seyyid Saleh Hosseini adlı şəxs Türkiyədə həbs edilib.
2. Seyid Saleh Hosseiniyə qarşı iddia Azərbaycan dövlətini aldatmaq idi.
3. Azərbaycan dövlətini 16 milyard avro həcmində aldadan Seyid Hosseini İnterpol tərəfindən tutudu və Türk polisinə təslim edildi.
4. Vətən Əmniyyət müdirliyinə gətirilən Seyid Hosseini növbətçi məhkəməyə çıxarıldı və sorşudurmadan sonra sərbəst buraxıldı.
5. Seyid Hosseini daha sonra təkrar həbs edildi və həbsxanaya göndərildi. O zamanlar bu şəxs haqqında xəbərlər Azərbaycan mətbuatında da yayıldı.
6. Söhbət hər biri 100 milyon avrodan ibarət olan böyük yüklərdən gedirdi. İlk transfer yeri Almaniyanın Deutsche Bankı idi. Sonrakı ünvan isə Azərbaycan.
7. Azərbaycanda xüsusi xidmət orqanlarının axtardığı bu pulların bir qismi İsveçrəyə göndərilir. Digər qisminin harada olduğu bilinmir.
8. Türkiyədə həbs edilən Hosseininin işi icraata götürüldü və Azərbaycana ötürülməsi qərara alındı, amma vəkilləri buna etiraz etdi.
9. Vəkillər etiraz etsə də iş prokurorluğa göndərildi. 10. 2015. 20590 nömrəli iş 2015-8351 nömrəli qərarla Ana Yasa məhkəməinə göndərildi.
11. Hosseininin vəkilləri 2016- cı ilin fevralında Ana Yasa Məhkəməsinə baş vurdular və Ana Yasa Məhkəməsi (AYM) aralıq qərarı verdi.
12. 2016- cı il fevralın 16-da AYM Hosseininin Azərbaycana verilməsini təxirə saldı. Ötməkdə olan həftə ərzində isə ana qərar verildi.
13. AYM əsas qərarına görə Seyid Saleh Hosseini sərbəst buraxıldı. Mənbələrimin mənə verdiyi xəbərə görə, bəzi nazirlər dövrəyə giriblər.
14. Azərbaycanın tələb etdiyi, İnterpolun qırmızı siyahı üzrə aradığı Seyid Hosseinin pullarının harada olduğu bilinmir.
15. Hosseininin Azərbaycana verilməsi tələbinin ləğv edilməsinə onun pulları səbəb ola bilərmi?
16. Azərbaycanla münasibətlərin pisləşməsi bahasına AYM bu qərarı niyə pozdu və Hosseinini sərbəst buraxdı?azadliq.info