ABŞ Yunanistanda, Türkiyə hüdudlarında pilotsuz uçan aparat bazası qurdu

27-11-2022, 14:30           
ABŞ Yunanistanda, Türkiyə hüdudlarında pilotsuz uçan aparat bazası qurdu
ABŞ Silahlı qüvvələri Qara dənizdən Egey dənizinə və bütün Aralıq dənizinə qədər olan əraziyə nəzarət etmək üçün Yunanıstanın Larisa şəhəri yaxınlığında PUA bazası qurur.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə "Parapolitika" qəzeti məlumat yayıb.

Məlumatda 8 modernləşdirilmiş “MQ-9 Reaper” PUA-nın artıq Yunanıstanın 110-cu Qırıcı aviasiya alayının aerodromunda yerləşdirildiyi qeyd olunur. İlk dörd cihaz ölkəyə gətirilərək Larisada yığılıb, qalan dördü isə hazır vəziyyətdə gəlib. Qəzetin yazdığına görə, Yunanıstan Silahlı qüvvələri özləri üçün üç belə PUA-nın alınması ilə bağlı danışıqlara artıq başlayıblar.

Məqalədə “MQ-9 Reaper”lərin Türkiyənin “Bayraktar TB2” aparatlarından daha çox uçuş həyata keçirmək göstərmək qabiliyyətinə malik olduğu göstərilib. ABŞ pilotsuz uçan aparatları raket daşımır, lakin lazım gələrsə, hava-yer və hava-hava raketləri ilə təchiz oluna bilər.

ABŞ-ın yuxarıda bəhs edilən pilotsuz uçuş aparatları şərti düşməni izləmək, real vaxt rejimində təsvirləri əməliyyat mərkəzlərinə anidən ötürmək, məlumat toplamaq, həmçinin axtarış-xilasetmə əməliyyatlarında iştirak etmək qabiliyyətinə malikdir.

ABŞ Larisadakı hava bazasına 33,5 milyon dollar sərmayə qoyub. Burada burada yüksək texnoloji platformalar və hücum dronları yerləşdiriləcək.












Loading...

Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.