Sərhədlər niyə açılmır: Pandemiya, təhlükəsizlik, yoxsa... - AKTUAL
12-12-2022, 11:25

2020-ci ilin mart ayında bütün dünyanın dəhşətli kabusuna çevrilən koronavirus pandemiyası səbəbilə Azərbaycan da öz quru sərhədlərini bağladı. Ölkədə sərt karantin rejimi tətbiq edildi. İnsanlara evlərindən çıxmağa belə qadağa qoyulduğu bir zamanda təbii ki, quru sərhədlərinin bağlı olması heç kimi narahat etmirdi.
Amma zamanla pandemiya, virusun kütləviliyi azaldı, dünya sözün əsl mənasında pandemiyaya alışdı. Demək olar ki, bütün dövlətlər öz quru sərhədlərini açdılar, Azərbaycandan başqa. Azərbaycanda quru sərhədlərindən bu gün də ancaq xüsusi icazə ilə keçmək mümkündür.
Səyahətçilər, ziyarətçilər, vətəndaşlar istədikləri ölkələrə hava yolu ilə səfər edə bilirlər. Təbii ki, quru sərhədlərinin bağlı olması, tələbələrin və kiçik bizneslə məşğul olan vətəndaşların həyatına böyük, mənfi təsir edir. Bu gün Azərbaycanın quru sərhədləri iki il öncə olduğu kimi pandemiya səbəbilə bağlıdır.
TEREF.AZ-ın məlumatına görə, Milli Məclisin deputatı Arzu Nağıyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan İran, Türkiyə, Rusiya və Gürcüstanla quru sərhədlərinə sahibdir. Onun sözlərinə görə, bugün quru sərhədləri vətəndaşlar üçün kütləvi şəkildə bağlı olsa da, tranzit daşımaları həyata keçirilir. Parlamentari hesab edir ki, quru sərhədlərinin açılmamasının səbəbi birbaşa pandemiya ilə əlaqəlidir. Onun fikrincə, Operativ qərargah xəstəliyin yayılma riski olmadığı təqdirdə əksini qərar verə bilər.
“Quru sərhədlərinin açılmasının tərəfdarlarından biri də mənəm, çünki təmsil etdiyim bölgə Gürcüstana yaxındır. Turizmin inkişafı, gediş-gəlişin artması üçün bu mühim məsələdir. Amma müasir geosiyasi məsələləri, təhlükəsizlik məsələlərini nəzərə alaraq, bu istiqamətdə çox ciddi addımlar atılır. Bu qərarı vermək üçün mütləq şəkildə sağlamlıq və təhlükəsizliyi nəzərə almaq lazımdır”,- deyə Nağıyev qeyd edib.
"Gəlin, vəziyyətə real baxaq. Əgər bu gün quru sərhədləri açıq olsaydı, bu indiki vəziyyətdə təhlükəsizlik baxımından da, əlverişli olmazdı. Azərbaycan müxtəlif xarakterli təxribatlarla üz-üzə olduğu bir zamanda quru sərhədlərin açıq olması, əlavə problemlər yarada bilərdi".
Deputat quru sərhədləri ilə bağlı təhlükəsizlik məsələsinin mühim olduğunu təsdiqləyir. Onun fikrincə, insanların sağlamlığı, dövlətin təhlükəsizliyi çox önəmlidir və bu, Sərhəd Qoşunlarının və yaxud hər hansı bir dövlət qurumlarının verdiyi qərar deyil. Bu barədə ancaq Nazirlər Kabineti yanında operativ qərargahın verəcəyi müsbət, yəni bilavasitə hamımızın istədiyi quru sərhədlərin açılması ilə bağlı qərarlardan sonra danışmaq mümkün ola bilər.
İranın Azərbaycana qarşı son dövrlərdə sərgilədiyi münasibət, keçirdiyi təlimlər, Ermənistana aşkar şəkildə etdiyi yardımlar fonunda əgər Azərbaycan quru sərhədləri açıq olsaydı, bu daha böyük təxribatlarla nəticələnə bilərdi. Deputat da belə hesab edir ki, daxilində baş verən iğtişaşların fonunda İran dövləti sərhədi qanunsuz keçmək adı ilə müxtəlif davranışlar sərgiləyə bilər.
Bəli, quru sərhədlərinin açılması hamının arzusudur. İlk növbədə quru yolu ilə səyahətlər daha ucuz başa gəlir. Buna paralel olaraq, bir çox vətəndaşlar var ki, quru sərhədlərindən istifadə edərək kiçik biznes ilə məşğul olurdu. Sərhədlərin bağlı olması onların, xüsusən də sərhədboyu ərazilərdə yaşayanların yaşam tərzinə ciddi şəkildə təsir edir. Bundan başqa, hava yolu ilə səyahətlərin həddən artıq baha olması da vətəndaşlarda ciddi narazılıq yaradır, buna baxmayaraq, sərhədlərin quru yolunun qapalı qalması məsələsi isə hələ də gündəmdədir.
P.S. Qeyd edək ki, hökumət rəsmi olaraq heç vaxt sərhədlərin bağlı saxlanılmasını təhlükəsizlik, o cümlədən İrandan gələ biləcək təhlükələrin və yaxud Rusiyadan axının qarşısının alınması ilə izah etməyib. Rəsmi izah pandemiya ilə bağlıdır. Bu tədbirlər Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsi ilə həyata keçirilsə də, hazırda bu tövsiyələr qüvvədə deyil. Digər tərəfdən quru sərhədləri bağlı saxlanıldığı halda AZAL-ın inhisarçılığı üzündən Azərbaycanda aviabiletlər dünyada ən yüksək qiymətlərlə satılır ki, bu da səyahət zərurəti ilə üzləşən insanların həyatını ikiqat ağırlaşdırır.
Tarix: Bu gün, 09:20 | Çap et
Sərhədlər niyə açılmır: Pandemiya, təhlükəsizlik, yoxsa...
2020-ci ilin mart ayında bütün dünyanın dəhşətli kabusuna çevrilən koronavirus pandemiyası səbəbilə Azərbaycan da öz quru sərhədlərini bağladı. Ölkədə sərt karantin rejimi tətbiq edildi. İnsanlara evlərindən çıxmağa belə qadağa qoyulduğu bir zamanda təbii ki, quru sərhədlərinin bağlı olması heç kimi narahat etmirdi.
Amma zamanla pandemiya, virusun kütləviliyi azaldı, dünya sözün əsl mənasında pandemiyaya alışdı. Demək olar ki, bütün dövlətlər öz quru sərhədlərini açdılar, Azərbaycandan başqa. Azərbaycanda quru sərhədlərindən bu gün də ancaq xüsusi icazə ilə keçmək mümkündür.
Səyahətçilər, ziyarətçilər, vətəndaşlar istədikləri ölkələrə hava yolu ilə səfər edə bilirlər. Təbii ki, quru sərhədlərinin bağlı olması, tələbələrin və kiçik bizneslə məşğul olan vətəndaşların həyatına böyük, mənfi təsir edir. Bu gün Azərbaycanın quru sərhədləri iki il öncə olduğu kimi pandemiya səbəbilə bağlıdır.
DİA.AZ-ın məlumatına görə, Milli Məclisin deputatı Arzu Nağıyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan İran, Türkiyə, Rusiya və Gürcüstanla quru sərhədlərinə sahibdir. Onun sözlərinə görə, bugün quru sərhədləri vətəndaşlar üçün kütləvi şəkildə bağlı olsa da, tranzit daşımaları həyata keçirilir. Parlamentari hesab edir ki, quru sərhədlərinin açılmamasının səbəbi birbaşa pandemiya ilə əlaqəlidir. Onun fikrincə, Operativ qərargah xəstəliyin yayılma riski olmadığı təqdirdə əksini qərar verə bilər.