Vasif Talıbov Azərbaycanda ÇEVRİLİŞ, yoxsa Naxçıvanda MÜSTƏQİLLİYƏ hazırlaşırdı? - Putin-Rəisi PLANI

26-12-2022, 11:52           
Vasif Talıbov Azərbaycanda ÇEVRİLİŞ, yoxsa Naxçıvanda MÜSTƏQİLLİYƏ hazırlaşırdı? - Putin-Rəisi PLANI
“1995-ci ildən Naxçıvanı idarə edən Vasif Talıbov rus təfəkkürlüdür. Talıbov Naxçıvanın Zəngəzur dəhlizi vasitəsilə Azərbaycana birləşməsini istəmirdi. Putin də Talıbovun vəzifədən çıxarılmasına qarşı idi, yoxsa öz adamını onunla görüşə yollamazdı”.

TEREF.AZ KONKRET.az-a istinadla xəbər verir ki, bu fikirlər bəzi türk analitiklərinə aiddir və onlar düşünür ki, Qarabağ azad olunan kimi, Naxçıvan da qurtulur. Türk ekspertlərin şərhinin qısa forması belədir:

“Zəngəzur koridorunun önündə bir əngəl qalmadı. Adriatikdən Çin səddinə kimi bütün türk dünyası birləşəcək”.

Türk ekspertlərin araşdırmalarına görə, Vasif Talıbov və bəzi vəzifəlilər Azərbaycanda çevriliş hazırlamaq niyyətində olub. Hakimiyyət dəyişikliyi baş tutmayacağı təqdirdə Naxçıvan müstəqil dövlət elan olunacaqdı. İran İslam Respublikası isə Naxçıvanın müstəqilliyini ilk tanıyacaqdı. Məqsəd Azərbaycanı parçalamaqla (Qarabağda sülh rusdan, Naxçıvanda farsdan asılı olacaqdı) yanaşı, Zəngəzur dəhlizinin açılmasına maneədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru