UNEC-ə qarşı SƏRT İTTİHAM: - "İqtisad Universiteti öhdəliklərini bacarmır"

26-12-2022, 21:30           
UNEC-ə qarşı SƏRT İTTİHAM: -
“İqtisad Universiteti sadəcə reklam xarakterli tədbirlərə meyillidir və bu, ürəkaçan hal deyil”.

TEREF.AZ bildirir ki, bu sözləri İqtisad Universitetində baş verən son islahatlardan sonra yaranan narazılıqların səbəblərini və ümumilikdə universitetin fəalliyətini şərh edən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru, İqtisad üzrə elmlər doktoru Elşad Məmmədov Yenicag.az-a müsahibəsində deyib.

Onun gözlərinə görə, son islahatların gözləntiləri doğrultmaması təəssüf doğurur. Çünki idarəetmə yanaşması universitetin fəaliyyətini doğru istiqamətə aparmır:

“Problemlərin vaxtında həll olunmaması Azərbaycanda iqtisadiyyat elminin inkişafına mənfi təsir göstərə bilər. Universitetdə ixtisasların təsnifatı ilə bağlı ciddi problemlər var. Belə ki, iqtisadi təhsili təşkil etmək məcburiyyətində olan universitetin bu istiqamət üzrə ixtisasları mövcud deyil”.

TEREF.AZ Yenicag.az-a istinadla videomüsahibənin tam versiyasını təqdim edir:

Qeyd edək ki, UNEC-in professoru Elşad Məmmədovun irəli sürdüyü ittihamlarla bağlı İqtisad Universitetinin mövqeyini dərc etməyə hazırıq.

Mövzunu diqqətdə saxlayacağıq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru