2023-ün gərgin il olacaq...

2-01-2023, 12:06           
2023-ün gərgin il olacaq...
2023-ün gərgin il olacağını indidən söyləmək olar. Hadisələrin builki gedişatı göstərir ki, Azərbaycanla Ermənistan arasında gərginlik gələn il də azalmayacaq, sülh sazişinin imzalanması ehtimalı yüksək deyil, Qarabağda erməni separatçılarına qarşı ünvanlı anti-terror əməliyyatları mümkündür, eyni ilə gələn il Rusiya ilə Ukrayna arasında razılaşma çətin görünür, müharibə davam edəcək, hər iki tərəfdən itkilər artacaq, qonşu İranda daxili qarşıdurma azalmayacaq, toqquşmalar fərqli formalar alacaq, Türkiyədə Cumhurbaşqanı və parlament seçkilərində hakim partiya ilə müxalifət arasında başabaş mübarizə gedəcək, Çinin Tayvanı nəzarət götürmək istəyi böyük dövlətləri üz-üzə qoyacaq.
Bu sıraya Qərbin Rusiyaya qarşı yeni sanksiyalarını, enerji böhranını, dünyada artan inflyasiyanı və pandemiya ilə mübarizənin davamını aid etmək lazımdır. İnsan həyatı belədir. Yeni ilimiz mübarək!
Elxan Şahinoğlu
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru