5 yanvar... 1914-cü il...
5-01-2023, 18:52

Sibir kazak alayı Ərdahanı işğal edir. Çıldırdan Köləyədək türk kəndləri erməni-rus hərbi birləşmələri tərəfindən darmadağın edilir, qarət olunur. Xeyli türk qətlə yetirilir
1915-ci il...
Türk ordusu Cənubi Azərbaycan ərazisində bir çox yerləri tutduqdan sonra Urmiyanı ələ keçirir
1917-ci il...
Xalq Xarici İşlər Nazirliyi rus qoşunlarının İrandan çıxarılması barədə Sovet hökümətinin proqramını elan edir
1918-ci il...
Erməni silahlı quldurları Axalkalaki yaxınlığında Acaraca, Danqal, Mulanis, Murcaxet, Radızka, Qavur,Gümrüz kəndlərinə basqın edərək bütün bu kəndlərin əhalisini vəhşicəsinə öldürür
1919 –cu il...
Andranikin silahlı quldur dəstəsi Zəngəzur qəzasının azərbaycanlılar yaşayan Quşçulu, Əcili, Aqqız kəndlərini dağıdıb yandırır, əhalisinin bir hissəsini qırırlar
1930-cu il...
Sovet İttifaqında kollektivləşmə və kolxoz quruculuğuna yardım haqqında qərar qəbul edilir. Kolxoz quruculuğu SSRİ-də, o cümlədən Azərbaycanda dəhşətli repressiyalarla, bir milyona yaxın adamın qolçomaq adı ilə damğalanaraq sürgün edilməsi ilə müşaiyət olunur
1938-ci il...
SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının qərarı ilə tanınmış ziyalı, SSRİ EA Azərbaycan filialının baş elmi işçisi, ADU-nun Əsaslı kitabxanasının direktoru Ağamir Sadıq oğlu Məmmədov güllələnir
1938-ci il...
Azərbaycanın görkəmli şairi Mikayıl Müşfiq Qədir oğlu İsmayılzadə üçün qondarma məhkəmə qurulur. Az zaman kəsiyində davam edən qondarma məhkəmədən sonra ona ölüm hökmü çıxarılır
1990 –cı il...
Erməni terrorçuları Şuşa şəhərini su ilə təmin edən boru kəmərini partladırlar
1991-ci il...
Erməni quldurları Xankəndi yaxınlığındakı Kərkicahan qəsəbəsinə hücum edir və 3 nəfər qəsəbə sakinini qətlə yetirirlər
1992-ci il...
Ağdam rayonunun Mərzili kəndi yaxınlığında yerləşən milis (polis) postu ermənilər tərəfindən atəşə tutulur. 1 nəfər ağır yaralanır
1992-ci il...
Kərkicahan qəsəbəsində 2 nəfər azərbaycanlı ermənilər tərəfindən qətlə yetirilir
1992-ci il...
Goranboy rayonunun Şəfəq kəndi ermənilər tərəfindən atəşə tutularaq dağıntılara məruz qalır
1992-ci il...
Azərbaycan Respublikasının Müdafiə Şurası ləğv edilir. Hakimiyyət və müxalifət nümayəndələrinin iştirakı ilə ölkədə ordu quruculuğuna kömək məqsədilə yaradılan (sentyabr 1991-ci il) Müdafiə Şurası əslində siyasi mübarizə və intriqa mərkəzinə çevrilir
1992-ci il
Xocavənd (Hadrut) rayonunun Axullu kəndi ərazisində ermənilər tərəfindən bir nəfər azərbaycanlı vəhşicəsinə qətlə yetirilir