Putinin dünyanı hədələdiyi silahla bağlı iddia: “Şişirdir, əllə yığılıb”
7-01-2023, 12:08

Ukraynalı hərbi ekspert Aleksandr Kovalenko Rusiya Prezidenti Vladimir Putinin dünyanı qorxutmaq qərarına gəldiyi “Zirkon” raketindən danışıb.
Teleqraf.com xəbər verir ki, ekspert Rusiya silahlarının həmişə çox şişirdildiyini iddia edib.
Kovalenko “Zirkon”un xüsusiyyətlərinə də şübhə etdiyini deyib.
Bu kontekstdə o, kritik silah sayılan və məhdud sayda olan “Kinjal” raketlərini xatırladıb. Onun sözlərinə görə, Rusiya xarici mikrosxemlərdən asılılığına görə bu raketləri istehsal edə bilmir.
“Başlanğıcda problemli raket olan “Zirkon”la da vəziyyət eynidir və daha da pisdir. Məsələn, “Zirkon”un sınaqlarına 2016-cı ildə başlanılıb və bu müddət ərzində 9 buraxılış həyata keçirilib. Yəni ildə 1-2 də. İntensiv testlər üçün kəmiyyət göstəricisi belədir”, - Kovalenko qeyd edib.
Ekspert iddia edir ki, bu raket az qala əllə yığılıb. İndi də sanksiyalara görə bu yöndə ciddi problem yaranıb.
“Yəni “Zirkon”ların sursatını süni kimi qiymətləndirmək olar. Nə qədər var? İki? Dörd? Onlarla və ya yüzlərlə ola bilər, amma bunlar NATO ölkələrini “qisas silahları” ilə bombalamağa imkan vermir. “Kinjal”ın özü də qorxutmaq üçün süni məhsuldur”, - Kovalenko deyib.
2021-ci ilin oktyabrında Rusiyanın “Zirkon” hipersəs raketini sınaqdan keçirdiyi barədə məlumat yayılıb. Raket “Admiral Qorşkov” freqatından buraxılıb. 500 kilometr məsafədəki hədəfini vurub.
“Zirkon”un uçuş məsafəsi 600 kilometrə qədər ola bilər. Rusiya donanmasının sualtı və yerüstü döyüş gəmilərində yerləşdirildiyi açıqlanıb.
2022-ci il noyabrın 12-də Rusiya Müdafiə Nazirliyinin son “Zirkon” raketlərinin əlavə partiyasını sifariş etdiyi bildirilir.
Hərbi ekspert Oleq Jdanov deyir ki, “Zirkon” raketlərinin kütləvi istehsalına başlanılmayıb. Bu baxımdan o, Putinin dünyanı bu silahlarla hədələrini “adi təbliğat” adlandırıb.
Müəllif: Mənsur Rəğbətoğlu