Tarixdə bu gün - 7 yanvar...
7-01-2023, 20:45

7 yanvar...
1920-ci il...
Erməni daşnakları Türkiyənin Donuxlu kəndinin bütün 12 müsəlman ailəsini qonşu Zeytun kəndinə apararaq, orada vəhşicəsinə qırırlar. Öldürülənlər arasında qadınlar, qocalar və uşaqlar da olur
1990-cı il...
Ermənilər Xankəndi şəhəri yaxınlığındakı Kərkicahan yaşayış məntəqəsinə hücum edirlər. Dağıntılar olur
1992-ci il...
Ağdamdan Xocavənd rayonunun Qaradağlı kəndinə uçan vertolyot ermənilər tərəfindən 2 dəfə atəşə tutularaq ciddi zədələnir
1992-ci il...
Füzuli rayonunun Yuxarı Veysəlli kəndinə erməni yaraqlıları basqın edirlər. Kənd sakini, 1963-cü ildə Xocavənd rayonunun Qərvin kənd-sovxozunda anadan olmuş Əhəd Məhərrəm oğlu İsgəndərov döyüş zamanı erməni quldurları tərəfindən qətlə yetirilir. 4 nəfər dinc sakin güllə yarası alır
1998-ci il...
“Vartan cəngavərləri”nin Dağlıq Qarabağla əlaqədar iş adamları və diaspora nümayəndələri – O.Babayan, S. Solemanyan, T.Badamçıyan, Q.Qriqoryan, L, Şaqen, F.Petrossyan və başqaları tərəfindən imzalanmış ilk məktub Amerika prezidenti Bill Klintona təqdim edilir
Teref.az