Zaur Mikayılovun TENDER MƏZƏSİ... - BUNUN BAŞQA ADI YOXDUR...

9-01-2023, 11:23           
Zaur Mikayılovun TENDER MƏZƏSİ... -
Azərbaycanda dövlət satınalmalarında aktiv olan və eyni dövlət qurumu ilə uzun müddət əməkdaşlıq edən daha bir şirkət aşkar edilib.



DİA.AZ bildirir ki, əslində Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin 5 ildən artıqdır ki, eyni şirkətə eyni mahiyyətli tenderləri qazandırması həm də o deməkdir ki, qurumun hazırki sədri Zaur Mikayılovun gəlişi də heç nəyi dəyişməyib. Yəni Azərbaycanın SUVARMA İŞİ elə Əhmədzadənin dövründə olduğu kimi QARƏT OLUNUR.

Hər halda bu fakta nəzər salmaqla ortaya yetərincə cinayət xarakterli faktları çıxarmaq olar. Təbii ki, bu da hüquq-mühafizə orqanlarının işidir. Onlar öyrənə bilərlər ki, 2021-ci ildən Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri postunu tutan Zaur Mikayılov cənabları ümumiyyətlə, rəhbəri olduğu qurumun tender siyasəti ilə maraqlanırmı...

Məsələ ilə bağlı teref.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru