Beyləqanda JURNALİST-MƏMUR ÇƏKİŞMƏSİ... - DETALLAR

9-01-2023, 11:46           
Beyləqanda JURNALİST-MƏMUR ÇƏKİŞMƏSİ... - DETALLAR
Beyləqan rayon icra hakimiyyətinin aparatının Memarlıq və tikinti şöbəsinin müdir əvəzi, icra başçısı Asif Ağayevin sağ əli olan Rauf Abbasov barəmdə qərəzli, heç bir hüquqi əsası olmayan inzibati protokol tətrib edib.
Məndə həmin protokoldan (protokolun ləğvi ilə bağlı) məhkəmə qaydasında şikayət vermişəm.
Məhkəmə prosesi bu gün saat 11:00-a təyin edilib. Hər halda Beyləqan icra hakimiyyəti (icra hakimiyyətinin memarlıq şöbəsi Rauf Abbasov) məhkəmədə barəmdə yazılmış protokolun hüquqi müstəvidə əsaslandıra biləcək.
P.s. Mətbu fəaliyyətimi izləyənlər yaxşı bilirlər ki, dəfələrlə Beyləqan rayon icra başçısı Asif Ağayevin, Rauf Abbasovun və ayrı-ayrı vəzifəli şəxslərin korruptiv fəaliyyətlərini ifşa etmişəm. Hətta apardığım araşdırmalarla əlaqədar olaraq Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında KQMBİ tərəfindən Beyləqan rayon icra hakimiyyətinin başçısına və ayrı-ayrı vəzifəli şəxslər barəsində cinayət işi açılmış və hazırsa da cinayət işi üzrə ibtidai istintaq davam edir. Məhz barələrində cinayət işi açılan vəzifəli şəxslərdən biri də Beyləqan rayon icra hakimiyyəti aparatının Memarlıq və tikinti şöbəsinin müdiri əvəzi Rauf Abbasovdur.
İndi gerisini özünüz fikirləşin.
Haydı məhkəməyə...

Ramin Məhəmmədoğlu
RealMedia.az saytının Baş redaktoru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru