Türk Dövlətləri Təşkilatı Azərbaycanın Qarabağ iqtisadi rayonunda təbii sərvətlərin qanunsuz istismarına son qoyulmasına çağırır

14-01-2023, 11:28           
Türk Dövlətləri Təşkilatı Azərbaycanın Qarabağ iqtisadi rayonunda təbii sərvətlərin qanunsuz istismarına son qoyulmasına çağırır
Türk Dövlətləri Təşkilatı Azərbaycanın Qarabağ iqtisadi rayonunda təbii sərvətlərin qanunsuz istismarı ilə bağlı bəyanat yayıb.
Türk Dövlətləri Təşkilatının Baş katibliyi Azərbaycanda vətəndaş cəmiyyəti nümayəndələrinin dinc etirazlarına səbəb olan, Ermənistan və digər cinayətkar ünsürlər tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonunda təbii sərvətlərin qeyri-qanuni istismarından, ətraf mühitə mənfi təsirindən ciddi narahatdır və beynəlxalq hüququn tələblərini pozan bu cür qanunsuzluqları pisləyir.
Ermənistanı bu qanunsuz əməllərinə dərhal son qoyulmasına çağırır və bununla bağlı Azərbaycanın bütün cəhdlərini dəstəkləyir.
Yeganə Hacıyeva
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru