Ayvazyanın 100 milyard dollarlıq həyasızlığı - “Qorbaçovun, Primakovun qəbrindən istəsin...”

14-01-2023, 12:56           
Ayvazyanın 100 milyard dollarlıq həyasızlığı -
“İlham Əliyevin Bakı ermənilərinə 100 milyard dollar borcu var”.

TEREF.AZ moderator.az-a istinadla xəbər verir ki, bu həyasız və sərsəm fikri üzdəniraq “Azərbaycan erməniləri assambleyası”nın sədri sayılan Qriqori Ayvazyan "RUSARMİNFO"-nun müxbiri ilə söhbətində çərənləyib.

O, 33 il əvvəl, bu günlərdə Bakıda sovet “KQB”-si və ayrıca Ermənistan SSR xüsusi xidmət orqanlarının iştirakıyla təşkil olunmuş və məhz azərbaycanlı fəalların, o cümlədən Azərbaycan Xalq Cəbhəsinin müqaviməti sayəsində cəmi 5-10 nəfərin ölümü ilə nəticələnmiş “erməni talanları”ndan danışıb.

“Müxtəlif hesablamalara görə, onlarla ermənidən yüzlərlə erməni azərbaycanlı radikalların qurbanı olub” -deyə Ayvazyan yalanlarını davam etdirib.

Daşnak ermənilərin 1918-ilin 31 martından Bakıdan başlanan müsəlman soyqırımını, 1988-ci ildən bəri Qərbi Azərbaycandan yüz minlərlə soydaşımızın amansız qırğınlarla müşayiət olunan qovulmasını, 1988-1994-cü illərdə Qarabağın işğalını, Xocalı soyqırımını və s. unudan bu erməni tulası “Bakıda baş verənlərə görə Azərbaycanın məsuliyyət daşımalı olduğunu” da bildirib.

Bu üzdənirağa xatırlatmaq gərəkdir ki, əvvəla, Bakıdakı “erməni talanları” da 1988-ci ilin fevralında Sumqayıtda olduğu kimi SSRİ dövləti dönəmində və Moskvadakı erməni havadarlarının təşkilatçılığıyla baş verib. Odur ki, soydaşlarına dəyən ziyanı, getsin, SSRİ-nin varisi olan Rusiya dövlətindən, yaxud gorbagor Qorbaçov, Primakov, Yazov və başqalarının qəbirlərindən tələb etsin...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru