Erməni separatçıları Qarabağdakı Britaniya şirkətinə məxsus mədənləri talayır,
15-01-2023, 08:34

Erməni separatçıları Qarabağdakı Britaniya şirkətinə məxsus mədənləri talayır, üstəlik, hamını günahkar çıxarırlar
Fransanın təşəbbüsü ilə dekabrın 20-də BMT-də Laçın dəhlizinin açılması ilə bağlı müzakirələr Ermənistan (xüsusən Fransa üçün) uğursuz oldu. Bir çox mənbələr qeyd edir ki, Azərbaycanın BMT müstəvisində Fransanı pis vəziyyətdə qoymasında Böyük Britaniya, BƏƏ, Albaniya və Rusiya xüsusi rol oynayıb. Bir çox Qərb mənbələri bildirir ki, Rusiya-Ukrayna müharibəsi başlayandan Britaniya ilə Rusiya arasında münasibətlər kəskin şəkildə pisləşib. Buna baxmayaraq Azərbaycan məsələsində Britaniya və Rusiya ortaq mövqedən çıxış edib. Bu isə bu iki ölkə arasında ən azı Azərbaycan məsələsindən dolayı əməkdaşlığın olmasına dəlalət edir...
Bu məsələ ilə bağlı Ermənistanın “Armenpress”in yazılı sualına cavab olaraq Böyük Britaniyanın Ermənistandakı səfiri John Gallagher yazılı açıqlama verib.
“Anglo Asian Mining şirkəti ilə Azərbaycan Respublikası hökuməti arasında imzalanmış müqavilə özəl kommersiya məsələsidir. Anglo Asian Mining London Fond Birjasında siyahıya alınsa da, Böyük Britaniya hökuməti şirkətdə heç bir səhmə sahib deyil və ya onun idarə heyətində yer almır”, - Gallagher bildirib.
“Təbii ehtiyatlara dair hüquqlar üzərində mübahisə həm Ermənistan, həm də Azərbaycan üçün münaqişənin davamlı və sülh yolu ilə həllinə nail olmaq üçün bir-biri ilə əlaqə saxlamağın nə üçün bu qədər vacib olduğunu göstərir”.
“Böyük Britaniya hökuməti açıq şəkildə bildirdi ki, Laçın dəhlizinin bağlanması və qışda qaz təchizatının dayandırılması ağır humanitar nəticələrə səbəb ola bilər. Biz həm Azərbaycan, həm də Ermənistan hökumətlərini atəşkəslə bağlı bütün öhdəliklərə əməl etməyə çağırmaqda davam edirik. Bu, münaqişənin davamlı və sülh yolu ilə həllinə kömək etmək üçün beynəlxalq səylərə verdiyimiz dəstəyimizlə uyğundur. Avropa naziri bu mövqeyini sentyabrda Ermənistan və Azərbaycanın xarici işlər nazirləri ilə telefon danışıqlarında, hər iki ölkənin yüksək vəzifəli rəsmiləri ilə son görüşlərində, Londonda Ermənistan və Azərbaycanın Böyük Britaniyadakı səfirləri ilə görüşlərində də gücləndirib”, - Gallager bildirib.
“Davamlı nizamlanma yalnız dinc, diplomatik yollarla əldə edilə bilər. Böyük Britaniya regionda sabitliyi və sülhü təmin etməyə çalışan beynəlxalq səviyyədə aparılan danışıqları dəstəkləməyə davam edir”, - deyə Britaniya səfiri əlavə edib.
Göründüyü kimi, “Anglo Asian Mining PLC” Britaniya şirkətidir. Ən önəmlisi isə odur ki, bu şirkət dekabrın 20-də rəsmi bəyanat yayıb. Həmin bəyanat Birləşmiş Millətlər Təşkilatı, ABŞ Dövlət Departamenti, Böyük Britaniya Xarici İşlər Nazirliyi və Avropa İttifaqına ünvanlanıb.
Həmin sənəddə deyilir ki, Qarabağda faydalı qazıntıların qeyri-qanuni hasilatı davam edir. Şirkət birmənalı şəkildə deyir ki, Anglo Asian-a məxsus mədənlər hazırda başqaları tərəfindən, yəni separatçı ermənilər tərəfindən istismar edilir. Şirkət qanuni biznes hüquqlarının bərpası və Anglo Asian işçilərinin Qarabağdakı Qızılbulaq və Dəmirli mədənlərinə giriş əldə etməsi üçün kömək istəyir
...
Maraqlı olan odur ki, Azərbaycana qarşı əks təbliğat aparan Qərb mətbuatında bu şirkətin bəyanatı haqqında bir kəlmə də yazmırlar. Əslində Qızılbulaq və Dəmirli yataqları ilə bağlı Britaniya şirkəti Azərbaycan hökuməti ilə müqavilə bağlayıb. Ancaq separatçı ermənilər həmin mədənləri özbaşına istismar edirlər. Yəni oğurluqla məşğuldurlar.
Bu həm də o deməkdir ki, söhbət təkcə ekoloji fəlakətdən getmir, həm də adıçəkilən mədənlərin qanuni sahibinə qaytarılmasından gedir.
Düşünürəm ki, Azərbaycan mətbuatı , “Anglo Asian Mining PLC” bu bəyanatını geniş şəkildə tirajlamalıdır.
Hələ orası da var ki, ermənilər bu yataqları qeyri-qanuni şəkildə istismar ediblər. Və tonlarla metal çıxardıb satıblar. Qanunla bunun hesabını da ermənilər ödəməlidir.
Sözümün canı o ki, “Anglo Asian Mining PLC” şirkətindən bərk yapışmaq lazımdır. Bu şirkətin vurğuladığım bəyanatı üzərindən erməni separatçılarını ittiham etmək gərəkir...
P.S Şərh bölümündə John Gallagher-in Ermənistan mətbuatına açıqlamasını və Britaniya şirkətinin bəyanatını təqdim edirəm. Maraqlananlar oxuya bilər...
https://asbarez.com/britain-did-not-block-un-statement-on-lachin-corridor-ambassador-says/?fbclid=IwAR3tenpeF7mNTObRVChkKixXF_WpaUfJhGJkzAtu7bE8Lsz-yGnXkBC9WcE
Elbəyi Həsənli
Teref.az