Buba vəfat etdi… - Vaxtanq Kikabidzenin vəfatına anım...

15-01-2023, 16:16           
Buba vəfat etdi… -
84 il kişi kimi yaşadı. Şəxsiyyətini uca tutmayan sənətkar uzağı əlammədir məsələsinin “kitabını yazıdı”.
Bəlkə bir az da yaşayardı…, millətinin Gürcüstanı Kreml bağlarından qurtarnaq üçün ən çox çalışan prezidenti Saakaşviliyə münasibətinə ürəyi dözmədi, sanki. Mişanın azadlığı üçün çox çalışdı. Dövlət başçılarının qapısını döydü, beynəlxalq birliyə səsləndi, sənətkar dostlarını toplayıb İvanişviliyə etirazlar yolladı, ictimai müzakirələrdə dəfələrlə milləti ədalətsizlik qarşısında susmamağa çağırdı. Bir sənətkar, estrada ulduzu olmasına baxmayaraq siyasi lider kimi davrandı. Vəfalı adam…
Tiflisdə kürün qırağında ata evini gözəl bir restorana çevirmişdi. Darvazasından girəndə elə bil çağı adlayırsan, köhnə, kaloritli bir gürcü həyətinə keçirsən. Araba, təndir, axur, samanlıqda küplər, buynuzlar, müqəvvalar, qurudulmuş tərəvəzlər…Kikabidzenin adına o restoranın heç boş vaxtı olmaz və sənətkar sanki aid olduğu mədəniyyəti qonaqlarına göstərməkdən çox, o kültürün sapa düzülmüş sarımsaq elementindən də qürur duyduğunu anlatmağa çalışırdı. Azdır belə adamlar…
Kədərləndim onun ölümünə. Qafqaz dəyərli bir böyüyünü itirdi.
Yeri cənnət olsun. Ruhuna dərin sayğılar.
Aygün Muradxanlı
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru