3 aya sehrbazların etmədiyini İqtisadiyyat Nazirliyi etdi - Ümumi inflyasiya 1,7%, ərzaq inflyasiyası isə 2,3% azaldı

17-01-2023, 16:34           
3 aya sehrbazların etmədiyini İqtisadiyyat Nazirliyi etdi -
Rəsmi məlumat: 2022-ci ildə istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2021-ci ilə nisbətən 13,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 19,5 faiz, qeyri-ərzaq məhsulları üzrə 8,6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 10,4 faiz artıb.
İzahı: Azərbaycan hökuməti rəqəmlərlə oynamağı, hətta "rəqs etməyi" bacarır və çox sevir. Ümumi inflyasiyanı 13,9% açıqladılar, çünki maaş/təqaüdlərdə ortalama 15% artım elan ediblər, indi deyəcəklər ki, gördüz-vot artım ümumi inflyasiyadan 1,1% çox olub.
Ərzaq inflyasitasını isə təcili 20%-dən aşağı çəkərək 19,5% elan etdilər - halbuki yenə rəsmi rəqəmlərə görə 2022-ci ilin ilk 9 ayında ümumi inflyasi 15,6%, ərzaq inflyasiyası isə 21,8% idi.
Yaxşı, ilin son 3 ayında fenomenal nə hadisələr baş verdi ki, ümumi inflyasiya 1,7%, ərzaq inflyasiyası isə 2,3% azaldı?! Üç aya bunu iqtisadiyyat üzrə Nobel mükafatı alan da, sehrbaz Kio baba da edə bilməzdi - mən bilən bizim İqtisadiyyat naziri Nobel almayıb, Maliyyə Naziri də serhbazlığı ancaq büdcə üzərində həyata keçirir.
Ölkə tarixində həmişə ilin son ayında, Yeni İl bayramları öncəsi qiymətlər artır ki, azalmır və bu artım tempi Novruz bayramı bitənədək davam edir. Hətta büdcə xərcləmələri də həmişə ilin 4-cü rübündə kəskin artır ki, bu da inflyasiyanı sürətləndirən amillərdən biri olur.
Dünyada bizimkilər kimi "rəqəmbaz" ikinci hökumət çətin tapıla..
N atiq Cəfərli
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru