RUSİYA DA QƏRBİN BAKIYA TƏZYİQLƏRİNƏ QOŞULDU – "Siyasətimizi daha da sərtləşdirməliyik"

19-01-2023, 10:14           
RUSİYA DA QƏRBİN BAKIYA TƏZYİQLƏRİNƏ QOŞULDU –
Azərbaycan ictimaiyyəti nümayəndələrinin Laçın yolunda 37 gündür fasiləsiz davam edən aksiyası “erməni dünyasını” və onların havadarlarını hərəkətə gətirib. Demək olar, hər gün müxtəlif təşkilatların nümayəndələri, konqresmenlər, erməni lobbi qurplarının təsiri altında olan siyasətçilər Azərbaycana çağırış ünvanlayaraq Laçın yolunun açılmasını tələb edirlər. Halbuki, bu yolda hərəkət dayandırılmayıb və bunu separatçı rejimin nümayəndələri, Ermənistan rəsmiləri də etiraf ediblər.

Yanvarın 17-də də müxtəlif ünvanlardan Azərbaycana xarici ölkələrin rəsmi və qeyri-rəsmi nümayəndələri Laçın yolunu açmaq üçün tələb və çağırışlarla çıxışlar səsləndiriblər.

Daşnak partiyasının ABŞ-dakı üzvləri Vaşinqtonda Azərbaycan səfirliyinə gedən yolları bağlayıb və Laçın yolunun açılmasını tələb edirlər. Rusiya Federasiyasının ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç isə Laçın yolunun Rusiya sülhməramlılarının nəzarətinə verilməsinə çağırış səsləndirib. Daşnaklar Avropada da kəskin hərəkətlərdən çəkinməyiblər. Fransa XİN binasının qarşısında saatlarla etiraz aksiyası keçirib, Azərbaycana qarşı sanksiya tətbiq etməyə, Laçın yolunun açılmasına çağırışlar ediblər.

ABŞ-ın ATƏT-dəki səfiri Maykl Karpenter təşkilatın Daimi Şurasının yanvarın 17-də Laçın yolunda yaranmış vəziyyətlə bağlı Ermənistanın təşəbbüsü ilə keçirilən iclasında deyib: “Birləşmiş Ştatlar Laçın yolu ilə hərəkətin artıq 30 gündür ki, əngəllənməsindən, bunun Qarabağda ərzaq, dava-dərman və başqa malların qıtlığını yaratmasından dərindən narahatdır. Bu faktlar mübahisəsizdir. Biz Azərbaycanı və Rusiyanı bundan əvvəlki öhdəliklərə uyğun olaraq maneəsiz tranzitin dərhal bərpa olunmasına çağırırıq”.

Karpenter xatırladıb ki, sözügedən öhdəliklərə Laçın yolu ilə hər iki istiqamətdə şəxslərin, maşınların və yüklərin hərəkətinə təhlükəsizlik qarantiyalarının verilməsi də daxildir.

ABŞ səfiri bildirib ki, hazırda Laçın yolunda şəxsi və kommersiya nəqliyyatı hərəkətinin davam edən əngəllənməsinın bu bölgədə yaşayan insanlar üçün kəskin humanitar nəticələri ola bilər.

O, habelə bu vəziyyətdə kritik köməyinə görə Beynəlxalq Qırmızı Xaç Komitəsinə təşəkkürünü bildirib.

Səfir xatırladıb ki, ATƏT-in bu iclasdakı bütün iştirakçı üzvləri öz ərazilərində etnik mənsubiyyətindən asılı olmayaraq adamların təhlükəsizliyini qorumaq öhdəliyinə malikdir. Karpenter bəyan edib ki, ATƏT və onun müxtəlif təsisatları Azərbaycana və Ermənistana “bizim dəyərlərimiz, yanaşmamız və prinsiplərimiz” əsasında dəstək verməyə hazırdır: “Birləşmiş Ştatlar Azərbaycanı və Ermənistanı aralarındakı mübahisələri mənalı danışıqlar yolu ilə həll etməyə çağırır. Tərəflər arasında hərtərəfli sülh müqaviləsi - münasibətlərin normallaşdırılmasına və qarşılıqlı tanınmaya əsaslanan uzunmüddətli sülhə aparan yeganə həqiqi yoldur. Biz habelə Azərbaycanı və Ermənistanı iddia olunan zorakılıqların araşdırılmasına və cavabdehlərin məsuliyyətə cəld edilməsinə çağırırıq”.

Maykl Karpenter bunu da deyib ki, ABŞ Azərbaycan və Ermənistanla ikitərəfli və habelə Avropa İttifaqı və ATƏT kimi partnyorlarla birlikdə çoxtərəfli qaydada işləməyi davam etdirəcək.

Mirzoyan nə deyir?












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru