20 yanvar şəhidlərinin qatilləri üzərində məhkəmə qurmaq BORCUMUZDUR
20-01-2023, 12:18
Bu gün QƏHRƏMANLARIMIZI anırlq! Onların hər birinin adı doğma Azərbaycanımızın milli-azadlıq tarixinə qızıl hərflərlərlə yazılmalıdır. Amma təəssüflər olsun ki, hələ də yazılmayıb. Ön azından ona görə ki, 20 yanvar qəhrəmanları yalnız ildə bir dəfə yada salınır. İldə bir dəfə Şəhidlər Xiyəbanını ziyarət etməklə o ÖLMƏZLƏR qarşısındakı borcumuzu yerinə yetirmiş hesab edirik... Ən azından ona görə ki, övladlarımız onların əksəriyyətinin adını belə bilmir... ÖLMƏZLƏRİMİZ qarşısında daha bir böyük günahımlz var. Bu günə qədər onların qatilləri üzərində məhkəmə qura bilməmişik. Heç deyəsən belə bir məhkəmə qurmaq istəyimiz də yoxdur... Rauf Mirqədirov Teref.az