POLAD BÜLBÜLOĞLUNUN 20 YANVAR SUSQUNLUĞU... - Anım günündə Rusiyadakı səfirliyimizin qarşısı niyə boşdur? + VİDEO

20-01-2023, 19:39           
POLAD BÜLBÜLOĞLUNUN 20 YANVAR SUSQUNLUĞU... -
Bütün dünya azərbaycanlıları bu gün 20 yanvar faciəsinin ildönümünü qeyd edirlər. Ancaq maraqlıdır ki, bu qətliamın, işğalın əsas təşkilatçısı və icraçısı olan Rusiyada yaşayan azərbaycanlıların hər hansı tədbir, toplantı keçirməsinə dair xəbərlərə rast gəlinmir. Hansı ki, əslində, ən çox fəallıq məhz Rusiyada, Moskvada göstərilməli idi...

“AzPolitika.info” xəbər verir ki, 20 yanvar günündə Azərbaycanın Rusiyadakı Səfirliyi önündə bu faciə ilə bağlı hər hansı kiçik də olsa tədbir, yaxud toplantı keçirilməyib. Bununla bağlı Rusiyuadakı azərbaycanlı diaspora fəallarından biri olan Ramiz Mikailov öz sosial şəbəkə səhifəsində paylaşım edib. Onun çəkdiyi videodan da görünür ki, səfirliyin qarşısı tamamilə boşdur. Nə səfirlik nümayəndələri, nə də diaspor fəalları gözə dəymir.

Böyük ehtimalla səfirlik Rusiyadakı vəziyyəti bəhanə gətirərək, belə bir tədbirin keçirilməsinin mümkünsüz olduğunu iddia edəcək. Ancaq hər halda, 20 yanvar faciəsinin Ukraynadakı müharibə ilə heç bir əlaqəsi yoxdur və yerli hakimiyyət strukturları ilə razılaşdırılaraq, tədbir, toplantı təşkil etmək olardı.

Bu, o deməkdir ki, səfir Polad Bülbüloğlu səfirlik önündə kiçik də olsa anım tədbirinin təşkilini məqsədəuyğun hesab etməyib. Ya da səfirimzin daha vacib işləri var...

Müqayisə üçün bildirək ki, ermənilər hər il qondarma “soyqırı” tədbirlərini Rusiya başda olmaqla, bütün böyük ölkələrdə geniş formada təşkil edirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru