MEDİA haqqında qanuna dəyişiklik edilməlidir... - ÇAĞIRIŞ

23-01-2023, 19:00           
MEDİA haqqında qanuna dəyişiklik edilməlidir... - ÇAĞIRIŞ
"Media haqqında" qanunun qısa müddətdə tətbiqi ilə ortaya özünün bir sıra ciddi problemlərini çıxarmış oldu. ona görə də hesab edirəm ki, "Media haqqında" qanunun Media Reyestri ilə bağlı 8-ci fəslinə dəyişikliklər edilməlidir. Çünki, bu bənd media işçiləri arasında ciddi diskriminasiyaya səbəb olur. Bu fəslin tələbinə uyğun olaraq ancaq jurnalist, (özü də ali təhsil alan şəxs), redaktor və məsul redaktor Media Reystrindən keçə bilər.
Qeyd edək ki, fəaliyyət göstərən media orqanlarında təkcə jurnalist deyil, eyni zamanda digər texniki işçilər, onlayn mediada isə yük daha çox "admin" dediyimi inzibatçıların üzərinə düşür. Bundan əlavə olaraq media qurumlarının əksəriyyəti videoçarxlar hazırlayır və ya videogörüntülü yayımları olur. Orada isə operatorlar və videomontajçılar çalışır.
Digər bir məqam isə özünü jurnalistika sahəsində təsdiq edən xeyli sayda kollec, texnikum bitirmiş və ya bakalavr təhsili olmayan, yarımçıq ali təhsilli əməkdaşlar çalışır.
Müxtəlif media qurumlari ilə əməkdaşlıq edən çalışan peşəkar jurnalistlər var ki, onlar da Reystrdən keçmədiyindən jurnalistə şamil edilən hüquqlardan məhrumdur. Ümumiyyətlə bu absurd bir yanaşmadır..
digər heç bir sahənin fəaliyyətini tənzimləyən qanunvericilikdə belə ayrı-seçkilik və "ağ-qaraya" bölmək yoxdur.
Qanunda digər müəddəalar, media orqanın qeydə alınması, onlara vəsaitin ayrılması və ayrılan vəsaitin günün tələbinə uyğun olması ilə bağlı çoxlu suallar var və onlar da aradan qaldırılmalıdır.
Təklif edirəm ki, qanuna dəyişikliklə bağlı aidiyyatı qurumlar təkliflər hazırlayıb Milli Məclisə təqdim etməlidir. Əks təqdirdə zaman keçdikcə qanun yaratdığı bu əngəlliklər və diskriminasiya gələcəkdə ciddi narazıçılığa səbəb olacaq.

Mürtəza Bünyadlı - DİA.AZ












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru