İran hücumun uğursuz olduğunu, Qərb kəşfiyyatı əksini deyir...

30-01-2023, 09:04           
İran hücumun uğursuz olduğunu, Qərb kəşfiyyatı əksini deyir...
İran: "Binanın damı bir balaca zədələnib"
İsrail: "Son dərəcə uğurlu əməliyyat olub"
“The Jerusalem Post “ yazır ki, İslam Respublikası iddia edib ki, İsarilin dron hücumu uğursuz olub və yalnız binanın dam örtüyünə kiçik ziyan vurub.
Qəzet Qərbin fərqli kəşfiyyat mənbələrinə istinadən bildirir ki, İranın bu iddiasının tam əksinə olaraq silah fabrikinə pilotsuz təyyarə hücumu son dərəcə uğurlu olub.
Qəzet yazır ki, Qərb kəşfiyyatı və İran mənbələri Mossad-ı 2020-ci ilin iyulunda İranın Natanz nüvə obyektinə, 2021-ci ilin aprelində Natanzdakı başqa bir nüvə obyektinə, 2021-ci ilin iyununda Kərəcdəki nüvə obyektinə qarşı uğurlu əməliyyatlara yön verib. Belə əməliyyatların birində-2022-ci ilin fevral ayında təxminən 120 və ya daha çox İran pilotsuz təyyarəsini məhv edildiyi deyilir. Dünya miqyasında Mossad-dan başqa bu kimi əməliyyatlarda qabaqcıl və cərrahi zərbə imkanlarına malik olan bir neçə təşkilat var.
İranın oxşar hadisələrə cavabı isə çox vaxt üst-üstə düşür. Bu hadisələrin hər birində Tehran əvvəlcə hücumların uğursuz olduğunu iddia etməyə çalışdı və yalnız peyk fotoşəkilləri və ya digər sübutlar ictimai sferaya daxil olduqda, dəymiş ziyanın miqyasını etiraf etməli oldular...
Elbəyi Həsənli
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru