Xamaneyinin coğrafiya müəllimləri çox savadsız olub.

30-01-2023, 10:28           
Xamaneyinin coğrafiya müəllimləri çox savadsız olub.
İsrail vaxtaşırı İranın altını üstünə çevirir. İranın siyasi təbliğatçıları isə Xudafərin körpüsünün yanında dayanıb barmaqları ilə Arazın bu tayını göstərib "İsrail" deyir.
Adama deyərlər elə cəsarətli dövlətsənsə, orduların Suriyadadır. İsrail də Suriyanın qonşusudur və həftə səkkiz mən doqquz bu ölkədəki əsgərlərinin başına bomba yağdırır. Gücün çatır, İsrailə cavab ver.
Təsəvvür edin, 2018-ci ilin əvvəlindən 2020-ci ilin sonlarına qədər İsrail Suriyadakı İran qüvvələrini ən azı 79 dəfə atəşə tutub. Bombardman nəticəsində 500-dən çox İranlı hərbçi öldürülüb. Həlak olanlar arasında generallar da var. Mən hələ nə qədər hərbi sursat və silahlarının sıradan çıxarılmasını demirəm.
Di gəl ki, Tehranın isə cəsarəti çatmayıb, bu hücumlara hətta sözlə etiraz etsin. Əvəzində ya Cəbrayıldakı camış fermasında MOSSAD agenti axtarıb, ya da əsgərlərini Arazın sahilinə toplayıb bizə xox gəlib. Ona da gücü çatmayanda uşaqları Xudafərinin ətrafına toplayıb şou göstərib.
Heydər Oğuz
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru