Bahar Muradova İranda nələr görmüşdü? - "Böyük bir təxribat olacağını..."
30-01-2023, 12:05
Bu yaxınlarda İranda keçirilən konfransdan qayıdan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova şəxsi “Facebook” səhifəsində İranda Azərbaycan Səfirliyindəki təmsilçilərimizin ağır şəraitrə işləməsindən, təhlükənin açıq-aşkar görünməsindən yazıb.
TEREF.AZ Cebhe.info-ya istinadla xəbər verir ki, komitə sədri İranda səfərdə olduğum 3 gün ərzində Azərbaycan Səfirliyindəki təmsilçilərimizin nə qədər ağır bir şəraitdə çalışmağa məcbur olduqlarını bütün varlığımla hiss etdiyini yazıb:
“Hər addımda böyük risk və təhlükə ilə üz-üzə olduqları aşkar görünürdü. Sanki yaxınlarda böyük bir təxribat olacağını da sövq-təbii ilə hiss etmişdim.