Onu Səfər Mehdiyevin yerində görürdülər... Şahin Bağırov ONDAN İMTİNA ETDİ - İNDİ İSƏ...

2-02-2023, 20:01           
Onu Səfər Mehdiyevin yerində görürdülər...
Bir müddət öncə vəzifəsindən azad edilən Dövlət Gömrük Komitəsinin keçmiş sədr müavini İqbal Babayev hazırda beynəlxalq ekspert olaraq fəaliyyətini davam etdirir.

TEREF.AZ-ın Gununsesi.info-ya istinadən xəbərinə görə, xarici mediada açıqlanan məlumatlardan görsənir ki, hazırda o Bişkekdə Qırğızıstanın gömrük sahəsi üzrə konseptual sənədlərinin hazırlanmasında beynəlxalq ekspert statusunda iştirak edir.

İqbal Babayev hazırda ATƏT-in Orta Asiya ölkələrində gömrük məsələləri üzrə Beynəlxalq Experti və BMT-nin Asiya və Sakit Okean Regionunda Ticarətin asanlaşdırılması və kağızsız sərhədyanı ticarət üzrə məşvərət komitəsinin üzvüdür.

Məlumat üçün bildirək ki, İqbal Babayev ölkədə İKT sektorunda çalışan 4 generaldan biri olub.

Xatırlayıram ki, o MSK-nın “Seçkilər” milli informasiya sisteminin sıfırdan qurulmasına, DGK-nın rəqəmsallaşmasına, VAİS-in, “e-Customs” və “Smart Customs”-un qurulmasına, bir sıra beynəlxalq və lokal İKT layihələrə rəhbərlik edib.

İqbal Babayev həm də ictimai sektorda olub. Hazırda o Layihələrin İdarə Edilməsi Azərbaycan Assosiyasının Prezidenti və Layihələrin İdarəedilməsi Beynəlxalq Assosiasiyasının direktorlar şurasının da üzvüdür.

O, Layihələrin idarə edilməsi üzrə post sovet məkanında ilk elmlər doktorudur, Kiyev milli universitetinin professorudur.

DİA.AZ bildirir ki, İqbal Babayev nəinki Azərbaycanın, ümumiyyətlə, regionun tək-tük gömrük mütəxəssislərindən biri hesab olunur. Onu o zaman Səfər Mehdiyev də "vurdu"... düşündü ki, DGK sədri olacaq.., Səfər Mehdiyevi ıvəz edən Şahin Bağırov da "vurdu"... Çox güman o da eyni səbəblə... Çünki İqbal Babayev zəkası ilə istənilən korrupsioner məmur üçün BİR TƏHLÜKƏDİR...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.