Bəzi vizalar üçün dövlət rüsumları ləğv edildi

24-06-2016, 19:55           
Bəzi vizalar üçün dövlət rüsumları ləğv edildi
Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.
Sənədə əsasən, Azərbaycanda və ya Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində aparılan konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri dəyişdirilib.
Dəyişikliyə əsasən, bundan sonra birdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün 50 ABŞ dolları deyil, 20 ABŞ dolları rüsum ödəniləcək.
Qanuna edilən digər dəyişikliyə görə, turizm vizalarının və şəxsi müqavilə ilə təhsil alan tələbələrin, tranzit vizalarının rəsmiləşdirilməsi, eləcə də birdəfəlik və ikidəfəlik tranzit vizası üçün tələb olunan dövlət rüsumları ləğv edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru