Zakir Həsənov bir qrup hərbi qulluqçuya polkovnik rütbəsi verdi

24-06-2016, 19:59           

Nazir əmr imzalayıb.

Bu gün müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə Azərbaycan Silahlı Qüvvələri Günü ərəfəsində hərbi xidmətdə fərqlənən bir qrup zabitə növbəti polkovnik hərbi rütbəsi verilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə müdafiə naziri rütbələrə təqdim olunan hərbi qulluqçuları təbrik edərək onlara gələcək xidmətlərində uğurlar arzulayıb, müvafiq tapşırıq və tövsiyələrini çatdırıb.

Şəxsi heyət rütbələrə təqdim olunmalarının Silahlı Qüvvələr günü ərəfəsinə təsadüf etməsindən böyük qürur duyduqlarını və hərbi xidmətə daha da məsuliyyətlə yanaşacaqlarını xüsusi qeyd ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru