Boksçumuz yarımfinalı dopinqə görə keçə bilib? - Rəsmi açıqlama

25-06-2016, 14:37           

Xəbər verdiyimiz kimi, azərbaycanlı boksçu Teymur Məmmədov (+81 kq) Bakıda keçirilən Dünya Olimpiya Təsnifat Turnirinin finalına yüksəlib.

Belə ki, iyunun 23-də üz-üzə gəlməli olduğu rəqibi rusiyalı Pyotr Xamukov tibbi yoxlanışdan keçə bilməyib. Daha sonra isə 1/4 finalı da döyüşsüz keçirərək Rioya lisenziyanı təmin edən boksçumuz yarımfinal mərhələsini də rinqə çıxmadan adlayıb.

Qaynarinfo.az AzNews.az-a istinadən xəbər verir ki, əldə etdiyi məlumata görə, rəqibin rinqə çıxmamasına səbəb qanında dopinq çıxması olub. Bu səbəbdən də o, yarışdan uzaqlaşdırılıb.

Azərbaycan Boks Federasiyasının mətbuat katibi Ramiz Mirzəzadə saytımıza açıqlamasında məsələyə aydınlıq gətirib. O, idmançının qanından dopinq çıxmadığını deyib: “Sadəcə elə zədələr olur ki, idmançının yarışa çıxması düzgün olmur. Teymurun rəqibi də bundan öncəki döyüşdə ciddi zədələnibmiş. Ona görə rinqə buraxılmayıb”.

Federasiya rəsmisi həmçinin qeyd edib ki, yarışda hələ heç bir boksçunun qanında qadağan olunmuş maddə aşkarlanmayıb. “Bu barədə ciddi nəzarət var. Dopinq test yoxlanışı yarışa yekun vurulduqdan sonra baş tutacaq”.

Qeyd edək ki, final döyüşü bu gün baş tutuacaq. T.Məmmədovun (81kq) rəqibi Almaniya boksçusu Serge Mixel olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru