Böyük yeddilik Ukraynaya təhlükəsizlik zəmanətləri verdi

13-07-2023, 14:43           
Böyük yeddilik Ukraynaya təhlükəsizlik zəmanətləri verdi
Böyük yeddilik (G7) ölkələrinin liderləri bu gün Vilnüsdəki görüşdən sonra Ukraynaya gələcək dəstək, o cümlədən Kiyev üçün uzunmüddətli təhlükəsizlik təminatları haqqında bəyanat qəbul ediblər.

Bu barədə G7-yə sədrlik edən Yaponiyanın baş naziri Fumio Kişida bildirib.

“Biz Ukraynaya birgə dəstək bəyannaməsini elan edirik”, - o, jurnalistlərə deyib.

Ukrayna üçün təhlükəsizlik zəmanətləri haqqında bəyannamə aşağıdakıları nəzərdə tutur:

- Rusiyanın aktivləri Ukraynaya təzminat ödəyənə qədər dondurulacaq;

- Təzminatın ödənilməsi mexanizmi hazırlanacaq;

- G7 Rusiyaya sanksiya təzyiqlərini davam etdirəcək;
- G7 uzun mənzilli artilleriya və döyüş təyyarələrinə üstünlük verərək, Ukraynaya silah tədarükünü artıracaq;

- Yeddilik Ukraynanın hərbi sənaye bazasının gələcək inkişafına dəstək verəcək, Ukrayna hərbi personalına təlim keçəcək;

- G7 Kiyevə daha əhatəli təminatlarla bağlı danışıqlara başlayacaq;

- G7 Ukrayna ilə təhlükəsizlik sazişlərinin genişləndirilmiş paketi üzərində işləyəcək;

Qeyd edək ki, Ukrayna təhlükəsizlik təminatları çərçivəsində dövlət idarəçiliyində islahatlar aparmağı öhdəsinə götürüb.

Mənbə: life.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru