“Ukraynada savaş şiddətli forma alacaq” - Ekspert

13-07-2023, 17:54           
“Ukraynada savaş şiddətli forma alacaq” - Ekspert
"Müharibə davam edəcək, sərt dönüşlər olmayacaq. Ən azından soyuqlar düşənə qədər savaş intensiv xarakter almaqda davam edəcək”.

Bunu Qaynarinfo-ya açıqlamasında beynəlxalq məsələlər üzrə ekspert Elşən Mustafayev NATO-nun Vilnüs sammitində Kiyevlə bağlı verilən qərarın Ukrayna-Rusiya müharibəsinə təsirini şərh edərkən deyib:

"Ukraynanın NATO-ya qəbulu məsələsi Vülnüs sammitinin gündəliyində olmayıb. Tezləşdirilmiş variantdan söhbət gedirdi, amma bu heç də o anlama gəlmir ki, Ukrayna bir-iki aya NATO-ya qəbul olunacaq. Ona görə də proses intensivləşdirilsə də, qəbul məsələsi hələ xeyli çəkəcək. Buna baxmayaraq, NATO Ukraynanı lazım olan bütün növ silahlarla təmin edir və edəcək.

Yaranmış vəziyyət onu göstərir ki, Ukraynada müharibə daha da şiddətlənəcək. Hətta NATO sammiti olmasaydı belə, ABŞ-ın Ukraynaya verdiyi dəstək artmaqda davam edəcəkdi. Rusiya da Ukraynaya qarşı daha aqresiv tədbirlər görəcək. Amma Ukrayna da müqaviməti gücləndirərək, torpaqları geri almağa çalışacaq.

Müharibənin dayandırılması Qərbə sərf etmir. Çünki prosesə xeyli miqdarda xərc çəkiblər. Onlar Rusiyanın kapitulyasiya olmasına çalışırlar. NATO sammitindən sonra belə heç nə dəyişməyəcək. Qərb Ukraynaya dəstək verməkdə davam edəcək”.

Qeyd edək ki, NATO-nun Vilnüs sammitində Ukraynanın quruma üzv olması məsələsi gözlənildiyi kimi öz həllini tapmadı. Bununla belə, NATO Ukraynanın yanında olduğunu deyərək, ona hər cür dəstək verməkdə davam edəcəyini bəyan edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.