Rus hərbçiləri rüşvətə meyllidirlər,...

15-07-2023, 09:23           
Rus hərbçiləri rüşvətə meyllidirlər,...
Xankəndində mitinqlərə yenidən başlanmasının və Rusiya hərbi kontingentinin Xocalıdakı qərargahı qarşısında etiraz çadırlarının qurulmasının məqsədi nədir və bununla erməni separatçıları nəyə nail ola bilərlər?
Heç bir dövlət və beynəlxalq təşkilat Qarabağ ermənilərinə görə Azərbaycana təzyiq etmir və etməyəcək. Separatçılar ümid edirdilər ki, Rusiya Laçın yolunda sərhəd keçid məntəqisinin formalaşmasının qarşısını alacaq.
Onların bu ümidləri də puça çıxdı. Separatçılar Birinci Qarabağ müharibəsi dövründəki kimi Ermənistan ordusu və rusiyalı genaralların dəstəyi ilə Azərbaycan ordusuna qarşı savaş açmaq iqtidarında deyillər, bunu etsələr əlindəkiləri də itirəcəklər. Dövr fərqlidir.
Yerdə qalır etirazlar təşkil etmək və bu yolla Kremlin, Vaşinqtonun, digər paytaxtların, o cümlədən beynəlxalq təşkilatların diqqətini cəlb etmək.
Çünki anlayırlar ki, zaman onların əleyhinə işləyir, Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan da vurğulayıb ki, Rusiya hərbi kontingentinin Qarabağda qalma müddətinin bitməsinə iki il qalıb.
Separatçılar sona qədər dirənmək istəyirlər. Ancaq bu dirəniş nə onların sosial problemlərini, nə də enerji təhcizatının həllini sürətləndirəcək. Buna baxmayaraq, Rusiya hərbi kontingentinin fəaliyyətini diqqətlə izləməli, separatçılarla sövdələşmələrinin dərinliyini bilməliyik.
Rus hərbçiləri rüşvətə meyllidirlər, dünyadakı erməni lobbisinin onları ələ almaq üçün İrəvan üzərindən onlara maliyyə vəsaiti göndərəcəyini istisna etmirəm. Erməni lobbisi Birinci Qarabağ müharibəsi illərində rusiyalı hərbçiləri separatçıların xeyrinə bu yolla ələ almışdılar.
Elxan Şahinoğlu
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.