A Seriyası: "Yuventus" çempionata inamlı qələbə ilə başladı

Bu gün, 09:27           
A Seriyası: "Yuventus" çempionata inamlı qələbə ilə başladı
İtaliya A Seriyasının 1-ci turunda "Yuventus" "Parma"nı qəbul edib.

Oxu.Az xəbər verir ki, "Allianz" stadionundakı qarşılaşmada meydan sahibləri 2:0 hesablı qələbəni bayram ediblər.

"Yuventus"un yeni futbolçusu Conatan David 60-cı dəqiqədə fərqlənib. Kanadalı "qoca sinyora"ya yay transfer pəncərəsində pulsuz qoşulub.

Andrea Kambiaso 84-cü dəqiqədə meydandan qovularaq "Yuve"ni azlıqda qoyub. Buna baxmayaraq, elə həmin dəqiqədəcə Vlahoviç fərqi artırıb.

Maraqlıdır ki, hər iki qolda məhsuldar ötürmənin müəllifi türkiyəli Kənan Yıldız olub.

İkinci turda "Yuventus" səfərdə "Cenoa" ilə qarşılaşacaq. "Parma" isə növbəti oyunda "Atalanta"nı qəbul edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru