ABŞ-nin vitse-prezidenti dünya əhalisinin sayının azaldılmasına çağırdı - VİDEO

16-07-2023, 13:08           
ABŞ-nin vitse-prezidenti dünya əhalisinin sayının azaldılmasına çağırdı - VİDEO
ABŞ-nin vitse-prezidenti Kamala Harris iqlim dəyişikliyi ilə mübarizə mövzusunda keçirilən konfransda gələcək nəsillər naminə əhalinin sayını azaltmağa çağırıb.

Bu barədə sosial şəbəkələrdə kadrlar yayılıb.

“Biz təmiz enerjiyə və elektrik nəqliyyatına sərmayə qoysaq, həmçinin əhalini azaltsaq, uşaqlarımız daha çox təmiz hava ilə nəfəs ala və təmiz su içə biləcəklər”, - deyə o bildirib.

Ancaq sonradan Harrisin çıxışı Ağ Evin saytında redaktə olunub. Mətndən belə çıxır ki, o, səhv edib və “əhali” (“population”) sözünün əvəzinə “çirklənmə” (“pollution”) demək istəyib.

Mənbə: Lenta.ru












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.