Milli Ordumuzun düşünən beyni , Rusiya-Azərbaycan hərbi xadimi, general-leytenant , krım-tatar dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyəti ordusunun Baş qərargah rəisi.Süleyman bəy Sulkeviçin öldürüldüyü gündür

16-07-2023, 10:39           
Milli Ordumuzun düşünən beyni , Rusiya-Azərbaycan hərbi xadimi, general-leytenant , krım-tatar dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyəti ordusunun Baş qərargah rəisi.Süleyman bəy Sulkeviçin öldürüldüyü gündür
Milli Ordumuzun düşünən beyni , Rusiya-Azərbaycan hərbi xadimi, general-leytenant , krım-tatar dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyəti ordusunun Baş qərargah rəisi.Süleyman bəy Sulkeviçin öldürüldüyü gündür
Bu ,bizik..?!
Sabah ADR-dövründə Milli Ordumuzun düşünən beyni , Rusiya-Azərbaycan hərbi xadimi, general-leytenant , krım-tatar dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyəti ordusunun Baş qərargah rəisi.Süleyman bəy Sulkeviçin öldürüldüyü gündür

«Xoşbəxtəm ki, müsəlman ordusunun zabiti kimi ölürəm... Əlvida!»..

Bu sözlər yalnız Azərbaycan Cümhuriyyətinin generalı olduğuna görə güllələnən Məmməd bəy Sulkeviçin son sözləridir.

Bu sitat M.Ə. Rəsulzadənin «Azərbaycan Cümhuriyyəti» əsərindəndir. Rəsulzadənin əmisioğlu, həmin gecə general Şulkeviçlə eyni kamerada yatan Məhəmməd Əli bəyin dedikləri:

«Generala əmr etdilər ki, çekistlərin ardınca getsin. Bizə aydın oldu ki, onun ölüm saatı çatıb. Ətrafa ölüm sükutu çökmüşdü. Onun gözlərinə baxmağa cəsarət etmirdik, təsəlli sözü tapa bilmirdik. General Sulkeviç özü bizi qabaqladı, sakit, qətiyyətli səslə dediyi sözləri ömrüm boyu unutmayacağam: «Xoşbəxtəm ki, müsəlman ordusunun zabiti kimi ölürəm. Əlvida!»...»
.
General könüllü olaraq Azərbaycanda Məmməd bəy adını qəbul edib. Özü Hərbi Nazirliyin dəftərxanasına məxsus sənəddə belə yazıb:

«Dinim müsəlman, adım Məmməd bəy, rütbəm general-leytenantdır. Azərbaycan vətəndaşlığını qəbul edirəm».

AZƏRBAYCANA...

Məmməd bəy Sulkeviç Azərbaycana 1918-ci ilin dekabrında gəlib. 1919-cu il martın 26-dək Gəncədə yerləşən Birinci Müsəlman Korpusunun komandanı olub. Həmin tarixdən sonra Baş Qərargah rəisi təyin edilib.

GENERAL SULKEVİÇ NƏLƏR ETDİ?

Onun Baş qərargah rəisi təyin edilməsi ilə Azərbaycanın milli qoşun hissələrinin formalaşdırılması sürətləndirilib, ordunun döyüş hazırlığı xeyli təkmilləşdirilib. Sulkeviçin rəhbərliyi ilə hissə və birləşmələrdə çavuş məktəbləri yaradılıb, döyüş hazırlığının proqram və cədvəlləri tərtib edilib, qoşun və agentura kəşfiyyatının təşkilinə diqqət artırılıb. Bakıdakı ingilis qüvvələrinin komandanlığı ilə razılaşma əsasında ingilis toplarının öyrənilməsi üçün 50-80 nəfərlik qrupun yaradılmasına nail olunub. Həmin qrupda dərsləri ingilis zabitləri aparırmış.

METODİK GÖSTƏRİŞLƏR VƏ RƏHBƏR SƏNƏDLƏR HAZIRLADI

Qoşun hissələrinin atəş hazırlığının yüksəldilməsi üçün Sulkeviç 1919-cu ilin mayında Gəncə, Xankəndi, Şəki, Zaqatala, Qusar və Bakı qarnizonlarının rəisləri qarşısında atəş meydanlarının təchiz olunması məsələsini qoyub. Atəş hazırlığı üçün metodik göstərişlər və rəhbər sənədlər hazırlanıb. Hərbi məktəblərin zabit və yunkerlərinin geyim forması, ölkədə səfərbərlik planının hazırlanması istiqamətində görülən işlər də Sulkeviçin rəhbərliyi ilə həyata keçirilib. Denikin təhlükəsi güclənərkən Bakı müdafiə sisteminin, Bakının dənizdən və qurudan müdafiəsinin, Abşeronun, Şimal sərhədinin müdafiə sistemlərinin qurulması da Sulkeviçin gördüyü önəmli işlərdən olub. Bakı limanındakı bəzi ticarət və nəqliyyat gəmilərinin hərbiləşdirilərək, şəhərin müdafiəsinə cəlb edilməsi ideyası da ona məxsusdur.

TƏCAVÜZ TƏHLÜKƏSİNƏ QARŞI PLANLAR

Səfərbərlik elan ediləcəyi təqdirdə dəmiryol xətlərinin qorunması haqqında təlimat, Ermənistanın və Denikin ordusunun Azərbaycana təcavüzü olarsa, qoşun hissələrinin yerləşdirilməsi, Gəncədə arxa cəbhə komandanlığının yaradılması və digər mühüm sənədləri də Sulkeviç hazırlayıb.

QARABAĞDA...

1920-ci ilin yanvarında Sulkeviç Qarabağda vəziyyətin sabitləşdirilməsi və qoşun hissələrinin möhkəmləndirilməsi istiqamətində konkret tədbirlər həyata keçirib. Daşnak silahlı dəstələrinin ləğv edilməsi üçün azərbaycanlı hərbi pilotların Gürcüstan təyyarələrində döyüşə cəlb edilməsi barədə təkliflər irəli sürüb. 1920-ci il fevralın 17-də öz xahişi ilə ordu sıralarından tərxis edilən Sulkeviç az sonra Nazirlər Şurasının qərarı ilə Bakıdan keçərək, Rusiyaya gedən denikinçilərin qalıqlarından silah və təchizatı qəbul edən idarələrarası komissiyanın sədri təyin olunub.

1920-Cİ İLİN QARA APRELİ...

Və o qara tarix gəlib çatdı ... 1920-ci ilin mayında bolşeviklər general Sulkeviçi həbs edib Bakı Fövqəladə Komitəsinin zirzəmisinə (indiki Yusif Məmmədəliyev, 15) salırlar.Həmin vaxt həbsxananın kamerasında Xarici İşlər Nazirliyinin şöbə müdiri M. S.Rudzinski də var idi. Rudzinski yazır ki, gecə onun yanında yatmışdım. Səhər NKVD əməkdaşları gəldilər və Sulkeviçə onlarla getməyi bildirdilər. O güllələnəcəyini dəqiq bilsə də, özünü ləyaqətli və mərd apardı.
İyulun 15-də «əksinqilabi fəaliyyətdə» günahlandırıb güllələyirlər...
Tanrı ruhunu şad etsin!!
Baba Allahnezerov












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.